Mahaçqalada canlı, Bakıda CANIMIZ olan oyun

04.10.2012 | 4090 dəfə oxunub

Bu qeyri-adi sərlövhə yəqin sizi bir qədər təəccübləndirdi. Söhbət  www.etopaz.az-ın bugünkü proqramında yer alan Avropa Liqasının 2 qarşılaşmasından gedir. Mahaçqalada canlı oyun dedikdə, Dağıstan paytaxtında keçiriləcək "Anji" - "Yanq Boyz" matçı nəzərdə tutulur. Saat 21-də başlanacaq bu görüş www.etopaz.az-ın proqramına "tək oyun" kimi daxil edilib. Üstəlik proqnozsevərlər bu matça canlı mərc də edə bilər. "Anji"nin aşkar favorit sayıldığl bu dueldə Dağıstan təmsilçisinin qələbə əmsalı 1.20-dir. İsveçrə klubu səfərdə sürpriz qələbə qazanarsa bu düzgün proqnoz verənlərə 8 dəfə artıq pul qazandıracaq. Heç-heçənın əmsalı isə 4.90-a bərabərdir. 

Sərlövhədə "canımız olan oyun" kimi təqdim etdiyimiz qarşılaşma isə heç şübhəsiz "Neftçi" - "İnter" matçıdır. Bu axşam bütün Azərbaycanın gözü Respublika stadionunda olacaq və Azərbaycan futbolunu sevən hər kəs bu oyunla "yaşayacaq". "Neftçi"nın baş məşqçisi Böyükağa Hacıyevin "Azərbaycan futbolu üçün 21-ci əsrin ən böyük oyunu" adlandırdıgı bu qarşılaşma ətrafında ajiotaj böyükdür. Oyun üçün nəzərdə tutulan biletlərin demək olar ki, hamısının satılması da matça olan hədsiz maraqdan xəbər verir. Şanslardan danışanda təbii ki, dünya şöhrətli "İnter""lə "Neftçi"ni bir tutmaq olmaz. Bu, dünya  bukmeker kontorlarının müəyyənləşdirdiyi əmsallar da əksini tapıb.www.etopaz.az-da "İnter"in qələbəsi 1.60-a bərabərdir. Amma 30 min azarkeş qarşısında oynayan, ortaya "Apoel", "Partizan" nümunəsi qoyan "Neftçi"ni də hesabdan silmək olmaz. Nəzərə alsaq ki, "İnter" "Neftçi"nin qarşısına əsas oyunçular olmadan çıxacaq, onda komandamızın şansı bir qədər də artır. Bu axşam Azərbaycan futbolunun flaqmanı qalibiyyətlə tarix yazarsa, həm azarkeşlərinə hədsiz sevinc yaşadacaq, həm də onun qələbəsinə pul yatıranlara 4.30 dəfə qazandıracaq. Heç-heçənin əmsalı isə 3.40-a bərabərdir. Ümid edək ki, "Neftçi" bu axşam kimsəni peşiman etməyəcək. Təkcə "Neftçi" - "İnter" oyunu ilə kifayətlənmək istəməyən 

www.etopaz.az
 müştəriləri digər matçlara da mərc edə bilər.  Bunun üçün proqnoz həvəskarlarının ixtiyarında milli çempionatımızın 4 oyunu da daxil olmaqla ümumilikdə 34 qarşılaşma var. Bu matçlardan tam 20-nə isə etopaz.az-çılar tək oyun kimi mərc edə bilər. Bəlkə də bu gün sizin gününüzdür. www.etopaz.az-la oynayın və qazanın!!! 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail