Andrea Stramaççoni: "Əsas qələbə idi ki, onu da qazandıq"

04.10.2012 | 3908 dəfə oxunub

Böyükağa Hacıyevin ardınca mətbuat önünə "İnter"in baş məşqçisi Andrea Stramaççoni çıxıb. Stadium.az xəbər verir ki, italiyalı mütəxəssis ilk növbədə oyun haqda fikirlərini açıqlayıb:

- Əsas qələbə idi ki, onu da qazandıq. Məncə, birinci hissədə gözəl oyun göstərib, öz futbolumuzu diqtə etdik. Bu da qələbəyə bəs etdi.

Həftəsonu derbiylə oyunda Koutinyonun vəziyyəti necə olacaq? Həm də "Milan" dünən gözəl oyunla qələbə qazandı...

- Derbiyə hazırıq, burada nə baş veribsə, hamısından nəticə çıxaracağıq. "Milan"ın oyununa gəlincə, təəssüflər olsun ki, buna baxa bilmədim, amma videoyazını izləyəcəyəm. 

- "Neftçi" "Rubin"lə oyunda nəyəsə ümid edə bilər?

Nə deyə bilərəm?.. Cavan və diqqəti cəlb edən iki komanda oynayacaq. Onların sadəcə təcrübəsi çoxdu, amma mən "İnter" barədə fikirləşməyi üstün tuturam. 

- İtaliya mətbuatı derbidə "Milan"ı favorit sayır?

- Qoy, saysınlar. Amma mən öz komandamı favorit hesab edirəm. 

- Rusiya mətbuatı Morattinin sizi Spaletti ilə əvəzləyəcəyini yazıb. Buna münasibətinizi bilmək maraqlı olardı...

Onu deyə bilərəm ki, hər oyun bir imtahandır. O komandanın rəhbəridir, bir şey deyə bilmərəm, necə istəsə, elə də edər.

"Neftçi" fərqi azaltdıqdan sonra növbəti qolların vurulmasından çəkindiz?

Mən heç nədən qorxmuram. Futbolda udmaq da olar, uduzmaq da. Düzü, ağlıma belə şey gəlmədi. Nəinki "Neftçi"nin ikinci qolu, "İnter"in dördüncü qolu vurmağa daha çox imkanı vardı. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail