"Xəzər Lənkəran" 1 qələbə ilə 3 seriyaya son qoydu

05.10.2012 | 3366 dəfə oxunub

Topaz Premyer Liqasının VIII turunda AZAL-ın qonağı olan “Xəzər Lənkəran” 2:0 hesabı ilə qalib gəlib. Stadium.az xəbər verir ki, Lənkəran təmsilçisi bu səfər qələbəsi ilə  birdən-birə 3 seriyanı qırmağı bacarıb.
 
54 gündən sonra qələbə qazanan “Xəzər Lənkəran” sonuncu dəfə avqustun 10-da “Kəpəz”i 4:0 hesabı ilə məğlub edib. Bundan sonrakı 4 qarşılaşmada komanda cəmi 1 xal qazanıb.
 
Həmin oyunun evdə keçirildiyini nəzərə alsaq, son səfər qələbəsi daha əvvələ təsadüf edir. İyulun 10-da Avropa Liqasında Estoniyada “Nomme Kalyu”nu 2:0 hesabı ilə yenən “Xəzər Lənkəran” sonrakı 5 matçda qalib gəlməyib. 85 gündən sonra komanda rəqib meydanından 3 xalla qayıdıb.
 
Premyer Liqadakı son səfər qələbəsi isə ötən mövsümün “Qəbələ” ilə matçına təsadüf edib. Bu il aprelin 7-də 1:0 hesablı qələbə qazanan Yunis Hüseynovun yetirmələri 6 səfərdə istəyinə çatmayıb. 179 gündən sonra bu seriya AZAL-la görüşdə qırılıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail