Mövsümdə ilk dəfə...

05.10.2012 | 3038 dəfə oxunub

Adrian Skarlatake 2012/13 mövsümündə “Xəzər Lənkəran”ın heyətində dubla imza atan ilk futbolçu oldu. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, Topaz Premyer Liqasının VIII turunun AZAL-la qarşılaşmasında 5 dəqiqəyə 2 qol vuran rumıniyalıya qədər mövsümün 4 avrokubok və 6 çempionat matçında 1 oyuna 2 dəfə rəqibi məyus edən futbolçu olmamışdı.
 
“Ağ-yaşıllar”ın heyətində bunu bacaran son futbolçu Eder Bonfim ötən mövsümün “Qarabağ”la keçirilən XXXII turunun matçında fərqlənmişdi. O, 145 gün əvvəl mayın 11-də Lənkəran şəhər stadionunda 2 qolun müəllifi olmuşdu.
 
2012-ci ildə komandanın 2-ci, 2012/13 mövsümündə 1-ci dublunun müəllifi olan Skarlatake mövsümdə vurduğu qolların sayını 4-ə çatdırdı. Bununla da o, Branimir Subaşiçlə şərikli bombardir oldu.
 
“Xəzər Lənkəran” ın 8 illik tarixində 62-ci dublun müəllifi olan Skarlatake özü üçün ilkə imza atdı. O, komandada dubl edən 33-cü futbolçu kimi tarixə düşdü. Bu 62 dubldan 41-i Premyer Liqada, 18-i ölkə kuboku, 3-ü isə Birlik kubokunda qeydə alınıb.
 
Adrianla bağlı daha bir məqam isə onun 2 qolu 4 dəqiqə intervalında, yəni 5 dəqiqəyə vurmasıdır. Bu isə “Xəzər Lənkəran” tarixində dəfələrlə rast gəlinən hadisədir. Eyni futbolçunun 1 matçda 5 və ya daha az dəqiqəyə 2 qol vurmasına ilk dəfə komandanın debüt mövsümündə təsadüf olunub. Həmin vaxt – 2004/05 mövsümündə “Ədliyyə” ilə matçda Oqtay Dərəlioğlu vurduğu 3 qoldan ikisini 73 və 76-cı dəqiqələrdə, yəni 4 dəqiqəyə rəqib qapısından keçirmişdi. Sonunu belə oyunçu isə İvan Svetkov olub. Bolqarıstanlı 2008/09 mövsümünün I dövrəsində əvvəl “Turan”la görüşün 84 və 87-ci dəqiqələrindəki qolları ilə dubl edib. Sonra isə MOİK-lə poker etdiyi qarşılaşmada 2 qolu 5 dəqiqədə (30-cu və 34-cü) vurub. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail