Stadium.az qalibləri mükafatlandırdı FOTOLENT

09.10.2012 | 4007 dəfə oxunub

Stadium.az saytının redaksiyasında çoxdan gözlənilən görüş baş tutub. Qısa müddət ərzində keçirdiyimiz 4 müsabiqənin qalibləri redaksiyamıza toplaşdılar. Lakin nədənsə qaliblərin heç də hamısı redaksiyamıza təşrif buyurmamışdı. Qaliblərdən yalnız dördü - Məhəmməd Eminov, Nəbi Tanrıyevdiyev, Vüsal Süleymanov və Vasif Yusifov öz mükafatlarını aılmaq üçün görüşə gəlmişdilər. Haşiyəyə çıxaraq, qeyd edək ki, digər qaliblərimiz sabahdan etibarən həftənin sonuna kimi gəlib, mükafatlarını redaksiyamızdan götürə bilərlər. Görüş zamanı 5 dəst hədiyyə öz sahibini tapdı. Çünki qaliblərimizdən Nəbi Tanrıverdiyev 2 müsabiqəmizin qalibi olub. 

Redaksiyamıza gələn qaliblərlə görüşümüz çox gözəl alındı. Oxucularımız sayt haqda fikirlərini, saytımızın çatışan, çatışmayan, bəyənib-bəyənmədikləri cəhətlərini diqqətimizə çatdırdılar. Biz də öz növbəmizdə səslənən fikirləri sonadək dinləyib, bundan sonra daha da məsuliyyətlə çalışacağımızı müsabiqə iştirakçılarının diqqətinə çatdırdıq. Bir daha bəyan edirik ki, hörmətli oxucular, Stadium.az saytı məhz sizlər üçün fəaliyyət göstərir və sizin səsləndirdiyiniz hər bir fikir bizim üçün önəmlidir. 

Sonda isə bir daha bütün müsabiqə iştirakçılarına öz təşəkkürlərimizi bildiririk. Gələcəkdə daha maraqlı müsabiqələr sizləri gözləyir. 



  #2   Adınız: Stadium.az;   E-mail: ---

10.10.2012 22:56

Hörmətli Miramin bəy, bu, əvvəlki müsabiqələrimizin
qaliblərinin mükafatlandırılması idi. Son musabiqemizin
qalibleri - Neftci - Rubin oyununa bilet udanlar yalnız
biletlər satısa çıxarılandan sonra mükafatlandırılacaqlar.

  #1   Adınız: Miramin Hüseynli;   E-mail: [email protected]

10.10.2012 05:37

Men Rubinlə oyuna bilet udmuşam ... Biletlər satışa çıxıb ki ?

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail