Baş məşqçiyə 5 oyunluq cəza

09.10.2012 | 3299 dəfə oxunub

Bu gün AFFA İntizam Komitəsinin növbəti toplantısı keçirilib. Stadium.az AFFA-nın rəsmi internet saytına istinadən xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul olunub: 
 
04 oktyabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VIII turunun “Bakı” – “Qəbələ” matçında “Bakı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
06 oktyabr 2012-ci il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun V turunun “Qala” – “Şahdağ” matçında “Qala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur(maddə 40).
Oyun zamanı “Şahdağ” klubunun baş məşqçisi Kamran Əlibabayev tribunadan hakimləri və matçın hakim-ispektorunu  təhqir etdiyinə görə 5 oyunluq cəzalanır, klub 500 manat cərimə olunur (maddə 42.4).
06 oktyabr 2012-ci il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun V turunun “Lokomotiv” – “Neftçala” matçında “Lokomotiv” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Matçın 84-cü dəqiqəsində “Lokomotiv” klubunun 85 №-li futbolçusu Çingiz Qurbanov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur  (maddə 48).
07 oktyabr 2012-ci il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun V turunun “Bakılı” – “Şuşa” matçında “Bakılı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur(maddə 40).
05 oktyabr 2012-ci il, futzal üzrə Azərbaycan çempionatının “Qarabağ veteranları” – “Azekolab” matçında “Azekolab” klubu iştirak etmədiyi üçün kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
05 oktyabr 2012-ci il, futzal üzrə Azərbaycan çempionatının “Baku Flames” – “Neftçi”İSM matçının 27-ci dəqiqəsində “Neftçi” klubunun 4 №-li futbolçusu Fərid Atakişiyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
06 oktyabr 2012-ci il, futzal üzrə Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Gənclərbirliyi” – “Sədərək” matçının 25-ci dəqiqəsində “Sədərək” klubunun 1 №-li futbolçusu Faiq Zamanov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır(maddə 48).
06 oktyabr 2012-ci il, futzal üzrə Azərbaycan birinciliyinin “Azercell” – “Ulduz” matçının 43-cü dəqiqəsində “Ulduz” klubunun 14 №-li futbolçusu Nail İsmayılov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
06 oktyabr 2012-ci il, futzal üzrə Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Kinq” – “Qarabağ” matçının 47-ci dəqiqəsində “Kinq” klubunun 77 №-li futbolçusu Pərviz Abuzərov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.4).
Oyunun 47-ci dəqiqəsində “Qarabağ” klubunun 7 №-li futbolçusu Fuad Almazov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
07 oktyabr 2012-ci il, futzal üzrə Azərbaycan birinciliyinin “Olimp” – “Neftçi” İSM matçının 19-cu dəqiqəsində “Neftçi” İSM klubunun 7 №-li futbolçusu Həbib Amanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
Oyunun 43-cü dəqiqəsində “Olimp” klubunun 14 №-li futbolçusu Tahir Məcidov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
07 oktyabr 2012-ci il, futzal üzrə həvəskarlar arasında Azərbaycan birinciliyinin “Qəbələ” – “Akkord” matçının 31-ci dəqiqəsində “Akkord” klubunun 18 №-li futbolçusu Ceyhun Ramazanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
05 oktyabr 2012-ci il, futzal üzrə həvəskarlar arasında Azərbaycan birinciliyinin İTV – “Zəfəran” matçında “Zəfəran” klubu iştirak etmədiyi üçün kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail