“Kəpəz”in saytı fəaliyyətini bərpa edəcək

09.10.2012 | 3389 dəfə oxunub

Yaxın günlərdə “Kəpəz” azarkeşlərini növbəti müjdə ilə sevindirəcək. Stadium.az PFL-in rəsmi internet saytına istinadən xəbər verir ki, klubun rəsmi saytı yeniləndikdən sonra istifadəyə verilir. Artıq bu yöndə işlərə bir müddət öncə start verilib. Azarkeşlər www.pfckapaz.com yazmaqla yeni sayta daxil ola biləcəklər. Bu haqda məlumatı klubun mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov verib:

“Çoxdandır ki, bununla bağlı rəhbərlik səviyyəsində söhbət gedirdi və nəhayət ideyamızı reallaşdırdıq. Hazırda saytda son texniki tamamlama işləri gedir və proses qarşıdakı 3-4 gündə yekunlaşacaq. Saytın hazırlanmasını Gəncədəki peşəkar dizayn qrupa həvalə etmişik. Çalışırıq ki, elektron ünvanımızda fanatları maraqlandıran bütün mövzuları əhatə edək. Saytda xəbərlər, fotoreportajlar və video görüntülər olacaq. Bununla yanaşı fanatlarımızı maraqlı rubrikalar və müsahibələr gözləyir. Bloq bölümündə azarkeşlər öz rəy və təkliflərini, fikirlərini eləcə də komanda ilə bağlı suallarını verə biləcəklər. Baş məşqçi və futbolçularla sual-cavab etmək, onların maraqlı söhbətlərini oxumaq imkanları da olacaq. Gəncə futbolunun tarixi ilə bağlı bölmənin də hamını yaxından maraqlandıracağını düşünürəm. Şəhərimizin digər komandası olan “Tərəqqi”ni də yaddan çıxarmamışıq. Gəncənin təmsilçisi olduğundan bu klubla da bağlı mütamadi xəbərlər yerləşdirəcəyik.”

Rəhimovun bildirdiyinə görə klubun köhnə saytından fərqli yeni elektron versiyada xeyli dəyişikliklər olacaq.

“Demək olar ki, köhnə saytdan əsər-əlamət qalmayıb,  fanatlarımız yeni bir dizayn, fərqli bir sayt görəcəklər. Rəhbərliklə bu mövzuda söhbətimiz olub və planlaşdırmışıq ki, sayt işləyəndən sonra daha bir yenilik edək. Yəni, azarkeşlərimiz internet portal vasitəsilə canlı olaraq oyunları izləyə bilsinlər. Hazırda bunun texniki imkanlarını araşdırırıq. Tamaşaçıların ev matçları ilə yanaşı səfər görüşlərini də izləməsi üçün səy göstərəcəyik. Ümumiyyətlə, digər saytlardan fərqlənməyə çalışacağıq. Bu, həm xəbərlərin və rubrikaların bolluğu, gündəlik yenilənmə, həmçinin video görüntülərin, fotosessiyaların çoxluğu ilə özünü göstərəcək. “Tam sərbəst” adlı rubrikamız var ki, fanatlar onu çox bəyənəcəklər. Burada futbolçunun şəxsi həyatına toxunmamaq şərti ilə futboldan kənar işlərindən, hobbilərindən, həyatında baş berən maraqlı hadisələrdən söhbətlər olacaq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail