"Ümidlərimiz artıqlaması ilə doğruldu"

10.10.2012 | 3618 dəfə oxunub

FIFA Qadın Turnirlərinin rəhbəri Tatyana Haenni affa.az saytına müsahibə verib
 
- Azərbaycanda keçirilən çempionatı Yeni Zellandiya və Trinidad Tobaqodakı turnirlə necə müqayisə edərdiniz? Azərbaycandakı turniri fərqli edən cəhət varmı?
- Bir çox fərqli cəhətlər olduğundan müqayisə etmək heç də asan deyil. Buna baxmayaraq, çempionatın bir çox özəllikləri var: Bu çempionat müsəlman ölkəsində ilk qadınlararası dünya çempionatıdır. Sıfırdan başlayıb iki il ərzində böyük inkişaf yolu keçmək, çempionatı öz inkişaf planında istifadə etməyi öyrənmək böyük işdir. Qadın futbolu sonuncu iki U-17 qadınlararası dünya çempionatından sonra inkişaf etməyə başlayıb və bu çox yaxşı haldır ki, artıq Azərbaycan, Çin XR, Qambia və Uruqvay kimi yeni komandalar var.
 
- Ölkənin bu çempionatda təşkilatçılıq səylərini necə qiymətləndirirsiz?
- Yerli Təşkilat Komitəsi böyük iş görüb və bütün ölkəni bu prosesə qoşmağı bacarıb. Bakıda atdığınız ilk addımda U-17 qadınalararası dünya çempionatının ab-havasını duymamaq mümkünsüzdür. Bu hər yanda hiss olunur .
Məktəblər tədbirə cəlb olunublar. Ölkə başçısı turniri və ümumilikdə dünya futbolunu dəstəkləyir.
Ölkədədəki inkişafı və dinamikanı açıq-aşkar hiss etmək olur. Yeni infrastruktur işlərini, təzə və təmir olunmuş stadionları görmək çox valehedici bir haldır.
 
- İnfrastruktur işləri, əsasən də hotellər, stadionlar, nəqliyyatın təşkili sizin bu çempionatdakı ümidlərinizi doğrultdumu?
- Əlbəttə, hər şey ümidlərimizi artıqlaması ilə doğrultdu. Texniki təchizat və stadionlar bu böyük işdən qalan mirasın bir tərkib hissəsi olacaq.
Ölkə sürətli inkişafdadır və infrastruktur standartları yüksək səviyyədədir. Stadionlarda və həmçinin, digər məkanlarda insanların qazandığı təcrübə və bilik də çempionatdan qalan bir təcrübə olacaqdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail