“Təsnifat mərhələsini birinci altılıqda yekunlaşdırmaq istəyirik”

10.10.2012 | 4061 dəfə oxunub

“Sumqayıt” Futbol Klubunun əvəzediciləri 4 günlük istirahətin ardından hazırlıqlara start verib. Stadium.az xəbər verir ki, komanda Masazır qəsəbəsində yerləşən “Əlincə” stadionunda məşq keçir. Əvəzedicilərin baş məşqçisi Vaqif Paşayev hazırlıq prosesi və arxada qalan oyunlar barəsində klubun rəsmi saytına müsahibə verib.

- Əvəzedici komandanın hazırlıq prosesi necə davam edir?

- Zaqataladan “Simurq”la oyundan qayıtdıqdan sonra komandaya 4 günlük istirahət vermişdik. Bu gündən etibarən isə məşqlərimizi bərpa etmişik. “Əlincə” stadionunda gündə iki dəfə olmaqla hazırlıq keçirik. Əsas komandanın iki üzvü – Ceyhun Sultanov və Bəxtiyar Həsən-Alızadə formalarını itirməmək üçün hazırda bizimlə məşq edir. Çempionatda yaranmış fasilədən yararlanıb yoxlama oyunu keçirmək istəyirik. “Rəvan”la baş tutacaq növbəti oyuna qədər komandanı tam hazır vəziyyətə gətirəcəyik.

- Arxada qalan 8 tur ərzində komandanın oyununu necə xarakterizə edərdiniz?
- Çempionatda keçirdiyimiz 8 oyunda 2 qələbə, 3 heç-heçə və 3 məğlubiyyətə imza atmışıq. Ümumilikdə götürsək, nəticədən razı deyiləm. Bəzi oyunlarımız olub ki, rəqibdən üstün olsaq da, xal itkisinə yol vermişik. AZAL-la baş tutan ilk turun oyununda baxımlı oyun nümayiş etdirsək də, heç-heçə etmişik. “Qarabağ”a məğlub olduğumuz görüşdə isə komanda inamsız təsir bağışlayıb.

- Ötən mövsümü dəyərləndirsək “Sumqayıt” FK-nun əvəzedicilərindən 5 futbolçu əsas komandaya cəlb olundu...
- “Sumqayıt” Futbol Klubunun düzgün qurulmuş siyasəti var. Burada gənclərə daha çox önəm verirlər. Bəli, ötən mövsüm əvəzedicidə çıxış edən 5 futbolçu əsas komandaya cəlb olundu. Bəxtiyar Həsən-Alızadə və Aqşin Muxtaroğlu bəzi qarşılaşmalarda Bernhard Raab tərəfindən meydana buraxılıb. Aydın Qasımov isə bir oyunda 18 nəfərlik heyətdə yer alıb. Qeyd edim ki, Arif Vəliyev, Ayaz Mehdiyev və Aydın Qasımov hazırda bizimlə hazırlaşır.
Düşünürəm ki, yanvar ayına qədər Əbülfət Abbasov, Ağasif Babayev də əsas komandada oynayacaq səviyyəyə gəlib çatacaq. 

- Cari mövsümdə əvəzedici komandanın çempionatdakı əsas məqsədi nədir?
- “Sumqayıt” Futbol Klubunun əvəzedici komandası gənc futbolçulardan qurulub. Gələcək vəd edən perspektivli futbolçularımız var. Əsas məqsədimiz əlbəttə ki, əsas komanda üçün futbolçu hazırlamaqdır. Bu səbəbdən işlərimiz plan üzrə davam edir. Məsələn, ötən mövsüm klubun akademiyasından 5 futbolçu əvəzedici komandaya cəlb olunub. Artıq 1996-cı il təvəllüdlü Bayram Nuruzadə və 1997-ci il təvəllüdlü Fərid Kərimzadə bəzi oyunlarda meydana çıxıb. Zaman keçdikcə həmin futbolçular bizim istədiyimiz səviyyəyə gəlib çatacaq.
Nəticə baxımından isə, çempionatın təsnifat mərhələsini birinci altılıqda yekunlaşdırmaq istəyirik. Final mərhələsində isə daha uğurlu çıxış edib çempionatı bacardığımız qədər üst pillələrdə bitirməyi planlaşdırırıq.

- Əvəzedicilərlə hazırlaşan əsas komandanın iki üzvü – Şamil Cəmaləddinov və Ruslan Nəsirlinin çıxışı barəsində nə deyə bilərsiniz?
- Şamil və Ruslan milli komandadakı oyunları ilə əlaqədar 3 oyunda meydana çıxıblar. Ruslan Nəsirli ötən mövsümə nisbətən xeyli artırıb. Mən onun özünə də demişəm ki, bu il bombardirlərin sırasında qərarlaşmalıdır. Hər iki futbolçunun uğur qazanması üçün imkanları böyükdür.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail