Fan Zona əyləncəsi başa çatır

11.10.2012 | 4251 dəfə oxunub

15 sentyabr tarixindən başlayaraq Milli Parkda istirahət edən şəhər əhalisinə böyük əyləncə yaşadan Fan Zona FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin başa çatması ilə əlaqədar olaraq artıq bağlanır. Stadium.az AFFA-nın rəsmi internet saytına istinadən xəbər verir ki, bir aya yaxındır ki, uşaqlı-böyüklü yüzlərlə insana qucaq açan əyləncə bazarı öz qonaqlarını müxtəlif attraksionlar və hədiyyələrlə sevindirir.
 
Fan Zonanın bağlanışı ilə əlaqədar olaraq 12 oktyabr tarixində, saat 20:00-da, Milli Parkda böyük və möhtəşəm konsert proqramı təşkil olunacaqdır. Gənc müğənni Pərvanə Röyalı, estrada ulduzu Manana və sevilən Meridian qrupunun iştirakı ilə keçiriləcək konserti məşhur teleaparıcı Tural Əsədov təqdim edəcəkdir. Qeyd edək ki, daim qonaqlarını sevindirən Fan Zonada keçiriləcək konsert proqramı zamanı tamaşaçıları müxtəlif futbol yarışmaları, lotereyalar və başqa sürprizlər gözləyir.
 
Nəzərinizə çatdıraq ki, Fan Zonada bundan öncə də dəfələrlə açıq konsert proqramları təşkil olunmuşdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail