"Simurq" Gürcüstan yolunda

11.10.2012 | 3360 dəfə oxunub

"Sumqayıt"la qarşılaşmadan sonra yığma komandanın Avropa çempionatının seçmə mərhələsindəki oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədən istifadə edən "Simurq"un baş məşqçisi Georgi Çixradze futbolçularına bir neçə günlük istirahət vermişdi. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, artıq bir araya gələn "sarı-qaralar" növbəti turun hazırlıqlarına start verib. 

Tam heyətlə məşqləri davam etdirən Zaqatala təmsilçisi ayın 13-də Gürcüstana səfər edəcək. Komanda oyun praktikasını itirməmək üçün qonşu ölkədə paytaxt təmsilçisi "Dinamo" ilə yoldaşlıq görüşü keçirdəcək. Qarşılaşma oktyabrın 14-ü saat 15:00-da start götürəcək. Bir gün sonra isə "sarı-qaralar" yenidən Zaqatalaya qayıdacaq və hazırlıqları burada davam etdirəcək.

Qeyd edək ki, "Simurq" Topaz Premyer Liqasının IX turunda Bakının "İnter" klubu ilə üz-üzə gələcək. Oyun oktyabrın 20-si "Şəfa" stadionunda keçiriləcək.   



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail