"İnter"in baş məşqçisi: “Nəticələr gənclər üçün çox vacibdir”

11.10.2012 | 3714 dəfə oxunub

“İnter”in əvəzedici heyətinin baş məşqçisi Tofiq Mustafayev klubun rəsmi saytına müsahibə verib. Stadium.az xəbər verir ki, T.Mustafayev müsahibəsində yetirmələrinin 8 tur ərzində çıxışlarını dəyərləndirdi, komandanın məqsədlərindən danışdı və digər suallara cavab verdi.


-“İnter”in əvəzedici heyəti çempionatda artıq 8 qarşılaşma keçirib. Bu oyunlarda “İnter”in çıxışını qiymətləndirməyinizi xahiş edirik.

-Ötən mövsümlə müqayisədə bu il çempionata daha məhsuldar başladıq. Sevindirici haldır ki, komanda əvvəllər realizasiyada olan problemləri aradan qaldırdı. Bu planda ötən mövsümlə müqayisədə daha yaxşı təsir bağışlayırıq. 8 oyunda 21 qol vurmuşuq və cəmi 7 qol buraxmışıq. Qeyd etmək istərdim ki, digər komandalardan daha az qol buraxmışıq. Bu irəliləyişimizdə, əlbəttə, bizimlə sıx əməkdaşlıq edən və fəal şəkildə kömək göstərən əsas komandanın böyük xidməti var. Baş məşqçi Kaxaber Tsxadadze bizə böyük köməklik göstərir, bundan başqa, matçlarımıza bizimlə sıx əməkdaşlıq edən Aleksandr Rexviaşvili də baş çəkir. Xoşdur ki, əsas komandaya Ramil Mansurov, Coşqun Diniyev, Ruslan Cəfərov və Mirsahib Abbasov kimi ehtiyat heyətin futbolçuları cəlb olunurlar.
 
-Sadaladığınız futbolçular artıq ötən mövsümdən  etibarən əsas komandaya cəlb edilirlər. Bəs yeni namizədlər var?
 
-“İnter” Uşaq Gənclər Futbol Məktəbindən ötən il cəlb etdiyimiz Adil Nağıyevi misal gətirə bilirəm. Xoşdur ki, əsas komandayla məşqlərə müdafiəçi Cəmil Hacıyev də cəlb olunur. Mövsüm öncəsində “İnter” UGFM-dən böyük ümidlər verən bir neçə futbolçu cəlb etmişdik. Onlardan Abbas Hüseynovu qeyd edərdim. Əminəm ki, o, bu tempdə çalışmaqda davam edərsə, o zaman onu yaxşı gələcək gözləyir. Lakin təkrar edirəm ki, ona taktiki və digər planlarda hələ çox işləmək lazımdır.
 
-Hazırda çempionatda fasilə yaranıb. Fasiləni necə keçirməyi planlaşdırırsınız? Yoldaşlıq görüşü keçirmək planınız var?
 
-“Rəvan”la matçdan sonra futbolçulara 3 günlük istirahət verildi. Sonra bir araya gələrək məşqlərə başladıq. Güc və sürətli dözümlük üzərində çalışmağı planlaşdırırıq. Çempionatın oyunlarına yaxşı hazırlaşmaq istəyirik. Yoldaşlıq görüşü də keçirməyi düşünürük. Çox güman ki, AZAL və ya “Rəvan” komandasının əvəzedici heyətilə qarşılaşacağıq.
 
-Bu, Sizin “İnter”in əvəzedici heyətinin baş məşqçisi qismində ikinci mövsümünüzdür. Baş məşqçi kimi, ilk çempionatınızda yetirmələriniz 3-cü yeri tutmaqla fərqlənmişdilər. Yəqin cari ildə bu nəticəni yaxşılaşdırmağı planlaşdırırsınız?
 
-Nəticələr gənclərə çox vacibdir, belə ki, müsbət nəticə və qələbələr həmişə güclü şəkildə ruhlandırır. Klub prezidentinin oyunlarımıza baş çəkməsi və əsas komandanın bizimlə maraqlanması bizi ruhlandırır. Bundan başqa, hər bir futbolçunun getməli olduğu hədəfi olmalıdır. Bizim uşaqlarımız güclü şəkildə hazırlaşırlar və onların müəyyənləşdirilmiş məqsədləri var.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail