"Atletiko" rəsmiləri "Bakı"nın bazasını gəzdilər

11.10.2012 | 4231 dəfə oxunub

“Bakı”nın dəvəti ilə ölkəmizə gələn “Atletiko”nun nümayəndələri "zolaqlılar"ın Biləcəridəki bazası ilə tanış olublar. Stadium.az xəbər verir ki, qonaqlar baza ilə paralel istiqamətdə inşa olunan yeni idman mərkəzini də gəziblər. Söhbət bazadan kənarda klub üçün yeni inşa olunan meydançaların olduğu ərazidən gedir.

Cəmi 2 ay əvvəl inşası başlanan ərazidə 4 futbol meydançası var. Bunlardan ikisi artıq tam hazırdır. Hətta Azərbaycanda keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatının 16 iştirakçısı ümumilikdə 63 dəfə məşq üçün bu meydanlardan yararlanıb. Final və III yer uğrunda qarşılaşmanın iştirakçıları da matça burada hazırlaşır.

Digər 2 meydan isə 2 aya hazır olmalıdır. İspaniyalıların hazırladığı bu meydançalar beynəlxalq tələblərə cavab verir və təbii ot örtüyünə malikdir. Örtüyün altında quraşdırılan istilik sistemi qar yağdığı halda belə, cəmi 15 dəqiqəyə arenanı məşq üçün normal vəziyyətə gətirəcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail