"Qəbələ" Latviya təmsilçisi ilə bərabərə qaldı

12.10.2012 | 3977 dəfə oxunub

Sankt-Peterburqda təşkil olunan “Young Talents-2012” beynəlxalq turnirində çıxışını davam etdirən “Qəbələ”nin 12 yaşa qədər futbolçulardan ibarət komandası qrup mərhələsində ikinci oyununu keçirib. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, komandamız Latviya təmsilçisi “Ştik”lə münasibətlərini aydınlaşdırıb. Matç ilk dəqiqələrdən sonadək “Qəbələ”nin üstünlüyü ilə davam edib. Bütün oyunu sürətli hücumlarla keçirən Ülfət Mədətovun yetirmələri matç ərzində bir neçə qol epizodu yaratsalar da, hesab açılmayıb. Xüsusən Təbriz İsazadə və Samir Qurbanov hücum xəttindəki fəallıqları ilə fərqləniblər. Lakin futbolçuların hesabı açmasına iki epizodda qapı dirəyi, bir neçə məqamda isə qeyri-dəqiqlik imkan verməyib.  
Beləliklə, “Qəbələ” qrupda keçirdiyi ikinci matçdan sülhlə ayrılıb və xallarının sayını 4-ə çatdırıb. Qrupa 6 xalla Rusiya təmsilçisi “Zenit” başçılıq edir. “Qəbələ” isə ikinci pillədə qərarlaşıb. Qrupun növbəti oyunları oktyabrın 13-ü baş tutacaq. “Qəbələ” “Strogina” və “Zenit”lə üz-üzə gələcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail