"Neftçi"nin idman direktorundan komanda haqda şok sözlər

12.10.2012 | 8049 dəfə oxunub

Avropada Azərbaycan futbolunun üzünü ağ edən "Neftçi"nin bu uğurlarına baxmayaraq, klubda komandanın hazırkı durumundan narazı olanlar da var. Stadium.az xəbər verir ki, klubun idman direktoru Güloğlan Cabbarov "Neftçi"nin hazırkı vəziyyətindən razı deyil. Kluba gəldiyi gündən düşərgədə ciddi nizam-intizam yaradaraq "Neftçi"nin uğurlarında böyük pay sahibi olan Cabbarov fikrini belə izah etdi: "Son iki ildə komandamızın Azərbaycan çempionu olması, Avropada tarix yazması onu göstərir ki, "Neftçi" həqiqətən də Azərbaycanın ən güclü klubudur. Buna görə də komandanın hazırda sərgilədiyi oyun məni narazı salır. Mən indi komandamızda mübarizlik görmürəm, futbolçular həddindən artıq özlərindən razı çıxırlar meydana. Avroliqanın qrup mərhələsinə düşəndən sonra "Neftçi"də bir çox futbolçular eyforiyaya qapılıblar. Onlar bu vəziyyətdən tez ayılmalıdırlar. Onların "Sumqayıt" və "Turan" qarşısında göstərdikləri oyun məni utandırdı. Avroliqanın qrup mərhələsində olan komandanın futbolçuları özlərində daha böyük məsuliyyət hiss etməlidirlər, çünki bundan sonra onlardan daha böyük uğurlar gözlənilir. "Neftçi"də futbolçular düşünməsin ki, onların işi artıq bitib, bundan artıq onlardan heç nə tələb olunmayacaq. Mən hələ də anlaya bilmirəm ki, komanda niyə belə futbol oynayır və bu problem məşqçilərdən irəli gəlir, yoxsa futbolçulardan. Biz rəhbərlik olaraq üzərimizə düşən bütün işləri yerinə yetiririk. Futbolçulardan da bunun qarşılığında tələb edirik ki, meydanda ürəklə oynasınlar. Burada məşqçilər korpusunun da üzərinə böyük yük düşür, onlar da bu sözlərdən dərs çıxarmalıdırlar".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail