Aleksandr Şemonayev: “Çalışacağıq ki, sona qədər liderliyimizi qoruyaq”

14.10.2012 | 5566 dəfə oxunub

“Simurq”un ikinci kapitanı Aleksandr Şemonayev klubun rəsmi saytına müsahibə verib. Stadium.az xəbər verir ki, təcrübəli futbolçu həm komanda, həm çempionat, həm də qarşıdakı oyunlar haqqındakı fikirlərini bölüşüb. 

- Saşa, komandamızı geridə qalan 8 tur çərçivəsində necə dəyərləndirərdin?
- Hazırda komandamızda hər şey qaydasındadır. Məğlubedilmədən yolumuza davam edirik. Turnir cədvəlində lider mövqedəyik. Bir neçə qalib gəlməli olduğumuz oyunlarda xal itirdik. Lakin buna baxmayaraq, yolumuza davam edirik. Çalışacayıq ki, qaşıdakı oyunlarda da xallar qazanıb, sona qədər liderliyimizi qoruyaq.

- Bu mövsüm heyətdə köklü dəyişikliklər edildi. Fikrincə yeni legionerlər “Simurq”a güc qata bildilərmi?
- Yaxşı transferlərimiz oldu. Əlbəttə, bu günki “Simurq”un qazandığı nəticədə onların da böyük payı var. Lakin bəziləri bundan da artığın etmək gücünə malikdir. Fikrimcə, hamı var gücüylə meydanda mübarizə aparsa, “Simurq” qarşısına qoyduğu məqsədə, heç bir çətinlik çəkmədən nail ola biləcək.

- Bəs, yeni heyətə qatılan gənc yerli futbolçular haqqında nə deyərdin?
- Asifdir, Muraddır yaxşı futbolçulardır. Daha yaxşı olmaq patensialına malik oyunçulardır. Komandaya xeyrləri dəyir. Ancaq çalışsalar, öz üzərlərində işləsələr təbii ki, bundan artığını edə bilərlər.

- Məşq prosesləri necə davam edir. Sabah komandamız Gürcüstanda yoldaşlıq görüşünə çıxacaq. Bu oyun haqqında nə düşünürsən?
- Hazırlığımız yaxşı davam edir. Oyun praktikamızı itirməmək üçün qonşu ölkəyə səfər etmişik. Bizim üçün fərqi yoxdur bu çempionat oyunudur, yoxsa yoldaşlıq görüşü. Hər bir qarşılaşmaya qalib gəlmək üçün meydana çıxırıq. “Dinamo”yla keçirəcəyimiz yoxlama görüşünə də, qələbə qazanmaq üçün gəlmişik.

- Növbəti turda rəqibimiz “İnter”dir. Bir çoxları bu oyuna şübhə ilə yanaşır. Komandamızın ikinci kapitanı olaraq bu matçın nəticəsi haqqında nə fikirləşirsən?
- Meydana ancaq qalib gəlmək üçün çıxacayıq. Qarşımızı bütün qarşılaşmalarda olduğu kimi, bu oyunda da qələbə qazanmaq tapşırığı qoyulub. “İnter” hazırda çempionatımızın ən güclü kollektivlərindən biridir. Bizim isə onlardan heç bir əksikliyimiz yoxdur. Fikrimcə bu oyunda kim güclüdürsə, o da qalib gələcək.

- Həqiqətənmi, “Simurq”un hazırki liderliyi mövsümün surprizidir və bu müvəqqətidir?
- Futbolda belə bir qayda var. Kim güclüdürsə, o da birinci pillədə olmalıdır. Bu gün biz, buna layiq bir komandayıq. 8 oyunda əldə etdiyimiz nəticə də, bunu sübut edir. Hazırda çempionatda zəif komanda yoxdur. Biz isə bu kollektivlər içərisində məğlub olmayan yeganə komandayıq. Məncə bu nəticə, bütün suallara cavab ola bilər. 

- Birinci mərhələnin başa çatmaasına 3 tur qalib. Saşa kimləri ilk “altılıq”da gürür?
- “Simurq”, “Qarabağ”, AZAL, “Neftçi”, “İnter” və “Xəzər Lənkəran”. Fikrimcə, bugünkü oyunlarına görə bu komandalar ilk “altılıq”a düşməyə layiqdir.

- Yenidən yığmaya “Simurq”dan futbolçu dəvət edilmədi. Komanda yoldaşlarından kimləri millidə oynamaya layiq hesab edirsən?
- Rasim Ramaldanovu, İlkin Qırtımovu, Qərib İbrahimovu, Murad Səttarlını və özümü. Yığmada oynamağa layiq futbolçularıq. Dəvət edilənlərin heç birindən aşağı səviyyəli oyunçular deyilik. Hazırkı lider komandanın əsas heyətinin üzvləriyik. Ancaq ümid edirəm ki, qarşıdakı toplanışlarda bizlərdən də kimlərisə milliyə dəvət edib, özümüzü göstərməyə şans verəcəklər.

- Bir zaqatalalı kimi “Simurq”un azərkeşləri haqqında nə deyərdin? Sizləri qələbəyə ruhlandıra bilirlərmi?
- Əlbbətdə, hər bir oyunumuzda bizi sona qədər dəstəkləyirlər. Komandanı səfər oyunlarında da tək buraxmırlar. Bizdə onlara layiq olmağa, qələbələrimizlə azərkeşlərimizə sevinc bəxş etməyə çalışırıq. İnanıram ki, sona qədər də belə olacaq.

- Avstriyadakı yoldaşlıq görüşlərinin birində gözəl qola imza atmışdın. Həmin qollardan Premyer Liqada nə vaxt görəcəyik?
- Meydandakı hər bir futbolçunun əsəs məqsədi qol vurmaqla komandaya qələbə qazandırmaqdır. Məndə hər bir zaman düşən imkanlardan maksimum yararlanmağa çalışıram. Qol vurmasam da, komandamızın nəticə qazanması üçün var gücümlə mübarizə aparıram. İnşallah, qarşıdakı turlarda fərqləməklə də, “Simurq”a qələbə qazandıraram. Ancaq futbol komanda oyunudur. Əsəs olan 3 xaldır. 

- Bir çoxları səni Aleksandr Şemonayev kimi deyil, Saşa kimi tanıyır. Bu adın hər hansı bir səbəbi varmı?
- Elə də xüsusi səbəbi yoxdur. Ümumiyyətlə, Aleksandr adı daşıyanlara bir çoxları “Saşa” adıyla müraciət edir. Mənim də Saşa olmağımın səbəbi budur (gülür).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail