"Xəzər Lənkəran" 6:4-lük qələbə qazandı

14.10.2012 | 7127 dəfə oxunub

Premyer Liqada yaranan uzun müddətli fasilə zamanı ölkə klubları yoldaşlıq oyunları keçirməklə komandalarının hazırlıq keyfiyyətini yüksəltməyi düşünürlər ki, bu gün “ Xəzər Lənkəran” komandası da Lənkəranda yoxlama oyunu keçirib. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki. Lənkəran Olimpiya Kompleksinin stadionunda baş tutan matçda sınaqçı rəqib əvəzedici heyət idi. Əsas komanda aşağıdakı heyətlə meydana çıxıb: Tərlan Qasımzadə, Vanderson Skarduelli, Adrian Skarlatake, Eder Bonfim, Radomir Todorov, Elnur Abdullayev, Roberto Alviz, Sadio Tounkara, Adrian Pits, Dimitrios Sialmas və Beto.

Yunis Hüseynov əsas komandanın üzvləri Kamal Bayramov, Akif Tağıyev, Kazım Kazımlı, Kamran Abdullazadə və Elnur Allahverdiyevə əvəzedici komandanın heyətində çıxış etməyə imkan yaradıb.

Hesab erkən açılıb. İlk dəqiqədə əsas komandanın yaratdığı hücum qolla nəticələnib. Vandersonun başlatdığı hücumu Beto başla qapıya göndərib. Elə əvəzedici komanda da qola tez cavab verməyi bacarıb. Ağabala Ramazanov qapının uzaq küncünü dəqiq nişan alıb. İlk hissənin 20-ci qəqiqəsində Kamal Bayramov Skarlatakenin baş zərbəsini mükəmməl seyvlə kornerə çıxarıb. Bundan on dəqiqə sonra Ağabala Ramazanov Kazım Kazımlıya qarşı kobudluğa görə təyin olunan penaltini dəqiq tamamlayaraq əvəzedici komandanı hesabda önə keçirib. Lakin “kiçik qardaş”ların sevinci uzun sürməyib. Beto 34 və 35-ci dəqiqələrdə ardıcıl qollar vurmaqla həm het-trik edib, həm də fasiləyə komandasını hesabda öndə çıxarıb. 

Fasilədə verdiyi tapşırıqlarla da hiss olunurdu ki, məşqçilər korpusu bu oyunda qurulan taktika ilə qarşıdakı “Qəbələ“ ilə oyunu düşünür. İkinci hissədə Sialmas əvəzedici, Ağabala Ramazanov isə əsas komandanın heyətində çıxış etməyə başlayıb. Hücum xəttində çox fəal təsir bağışlayan Ramazanov bu dəfə əsas komandan heyətində qola imza ataraq, hesabı 4-2-yə çatdırıb. Lakin 62-ci dəqiqədə Akif Tağıyev cərimə zərbəsindən, Kamran Abdullazadə isə penaltidən fərqlənməklə hesabda tarazlıq yaratmağa müvəffəq olubar. Bununla belə sonrakı dəqiqələrdə Beto özünün 4-cü, komandasının 5-ci, Pits isə matçdakı son qola imza atıb 6-4-lük nəticə ilə yekun hesabı müəyyənləşdirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail