David Pietrzkieviç: “Simurq” heç kəsdən çəkinmir”

15.10.2012 | 3818 dəfə oxunub

"Simurq"un polşalı qapıçısını David Pietrzkieviç klubun rəsmi saytına müsahibə verib. Stadium.az xəbər verir ki, təcrübəli əlcək ustası ümümi çempionat və “Simurq” haqqında sualları cavablandırıb. 

- Əvvəlcə “Simurq”a gəlişin haqqında danışaq. Necə oldu ki, David bizim komandanı seçdi?
- Menecerim zəng elədi və dedi ki, Azərbaycandan bir klub səni istəyir. Ancaq əvvəlcə iki-üç məşqdə iştirak etməlisən. Mən də öz növbəmdə heç bir problemin olmadığını və oynamaq istədiyimi bildiridim. Beləliklə, komandanın düşərgəsinə qoşuldum. Hər şey qaydasında getdi və təkliflərin elədilər. Məndə razılaşıb müqavilə imzaladım.

- Komandamıza gələndən sonra, buranı bəyəndinmi?
- Əlbəttə, “Simurq” professional komandadır. Hazırda hər şey qaydasında davam edir. Heyət peşəkar futbolçulardan təşkil edilib. Düşünürəm ki, hər kəs burada olmaqdan xoşbəxtdir.

- Azərbaycan Premyer Liqası haqqında nə deyərdin?
- Fikrimcə, çempionatda iştirak edən komandaların hamısıeyni səviyyədədir. Hazırda elə bir şey yoxdur ki, “Neftçi” yüksəkdədir, “Simurq” aşağıda. Hər bir komanda qarşısına nəticə qazanmağı məqsəd qoyub.

- “Simurq”un ilk “altılıq”a düşəcəyinə inanırsanmı?
- Fikrimcə komandamız ilk “altılıq”a düşmək gücünə malikdir. Ancaq hər şey necə oynamağımızdan asılıdır. Biz hər qarşılaşmadan-qarşılaşmaya öz gücümüzə daha çox inanırıq və daha yaxşı oynayırıq. Düşünürəm bu oyunla biz ilk “altılıq”da olacayıq. Daha sonar isə yüksək yerlər uğrunda mübarizə aparmalıyıq.

- Hazırda həm də ən az qol buraxan komandayıq. Bu kimin əməyinin nəticəsidir?
- Bu bütün komandanın əziyyətinin nəticəsidir. Bunu nə qapıçının, nə müdafiəçilərin, nə də hücumçuların hesabına yazardım. Biz komanda halında həm hüçum edirik, həm də müdafiə olunuruq.

- Qarşıda bizi “İnter”lə, AZAL-la və “Neftçi”ylə çətin oyunlar gözləyir. Bu matçlar haqqında nə düşünürsən?
- Hər üçü yaxşı futbolçulardan təşkil olunmuş güclü komandalardır. Ancaq bu gün “Simurq” onlardan heç nəyi ilə geri qalmır. Biz hər oyuna xüsusi hazırlaşırıq. Düşünmürük ki, biz qarşıdakı 3 oyunda nə edəcəyik? Əvvəlcə “İnter”, ondan sonra AZAL və “Neftçi” ilə keçirəcəyimiz matçlara ayrı-ayrılıqda hazırlaşırıq və yaxşı nəticə qazanmaq üçün çalışırıq.

- Əksər futbol mütəxəssisləri “Simurq”un hazırkı nəticəsin çempionatın surprizi sayırlar. Sən necə düşünürsən?
- Bu surpriz deyil. “Simurq” güclüdür və bu nəticəni əldə etməli idi. Komandanın çempionata hazırlıq mərhələsinə baxsaq, Avstriyada, Tiflisdə güclü rəqiblərlə keçirdiyi yoldaşlıq görüşlərinə diqqət yetirsək, bu komandanın nəticə qazanacağını görmək olardı. Yaxşı futbolçulardan təşkil edilmiş heyətimiz var. Toplanışlarda məşqçimiz bu oyunçuları nəticə qazanmaq üçün diqqətlə seçirdi. Düzdür qeyd edilir ki, “Simurq”un gücü “İnter”lə, AZAL-la oyundan sonra bilinəcək. Ancaq keçirdiyimiz oyunlara baxsaq. “Qarabağ”, “Metallurq” heç də onlardan zəif kollektivlər olmayıb. Lakin biz onlara qarşı oynamağı bacarmışıq və yaxşı nəticə qazanmışıq. “Simurq” heç kəsdən çəkinmir.

- “Simurq”un heyətində hansı yerli futbolçunun oyununu bəyənirsən?
- Bu komandanın heyətində ulduz futbolçu yoxdur. “Simurq”da hər kəs yaxşı nəticə qazanmaq üçün tam gücüylə mübarizə aparır. Yerli futbolçular arasında da kimisə fərqləndirməzdim. Hərə öz mövqeyində sonadək mübarizə aparmağı bacarır.

- Komandamızın məşqçilər korpusu haqqında nə deyərdin?
- “Simurq”da məşqçilərin hər biri işini yaxşı bilən mütəxəssislərdir. Georgi futbolu yaxşı başa düşür. Fikimcə, bu günkü göstəricimiz məhz məşqçilər heyətinin işinin nəticəsidir.

- “Simurq” azərkeşləri haqqında nə deyərdin?
- Onlar superdirlər. Bilirsiz, nə zamankı azərkeşlər meydanları doldururlar və sona qədər dəstəkləyirlər, bu futbolçuları qələbə qazanmaq üçün çox ruhlandırır. Xüsusən onlar ev oyunlarında bizə əlavə güc verir.

- Zaqatalada yaşamaq çətin deyil ki?
- Xeyr. Zaqatala çox gözəl yerdir. Hər tərəf dağlarla əhatə olunub. Çox gözəl və təmiz havası var. Bakıdan fərqli olaraq burada nəfəs almaq daha rahatdir.

- Növbəti mövsümü də “Simurq”da keçirmək haqqında düşünürsən?
- İndi bu barədə nəsə deyə bilmərəm. Əgər “Simurq” üçün lazım olaramsa bu barədə rəhbərliklə yenidən danışarıq. Mənim tərəfdən heç bir problem yoxdur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail