Yunan-Roma güləşçilərimizdən növbəti qızıl və 4 bürünc medal!

04.04.2011 | 16296 dəfə oxunub

Almaniyanın Dortmund şəhərində Azərbaycan yığmasının da iştirak rnetdiyi güləş üzrə Avropa çempionatı başa çatıb. Sərbəst və qadın rngüləşçilərimizdən sonra yarış proqramının beşinci və altıncı günündə bu rndəfə yunan-roma güləşçilərimiz mübarizəyə qoşulub.

rn

Stadium.az xəbər verir ki, Eldəniz Əzizlirn (55 kq) startda almaniyalı Lukas Helqmeyerlə münasibətlərinə aydınlıq rngətirib. Onu asanlıqla mübarizədən kənarlaşdıran idmançımız ardından rnrumıniyalı Virgil Munteanuya da eyni aqibəti yaşadıb. Ardından polşalı rnMariuş Losu da sıradan çıxaran Əzizli yalnız yarımfinalda büdrəyib. rnErməni Roman Amoyanla döyüş təəssüf ki, idmançımız üçün uğursuz alınıb. rnLakin o, bürünc medal uğrunda mübarizə aparmaq şansını saxlayırdı. rnNəticədə rusiyalı Valeri Borqoyakovla üz-üzə gələn idmançımız turniri rnmedalla tərk edib.

rn

Vitali Rəhimov (66 kq) birinci mərhələdə Slovakiya rntəmsilçisi Riçard Riqo ilə qarşılaşıb və qələbə qazanıb. Lakin növbəti rnmərhələdəki Tamaş Lorinç (Macarıstan) onun üçün keçilməz olub. Macar rnidmançının sonda finala qədər irəliləməsi isə idmançımıza bürünc medal rnqazanmaq şansı yaradıb. Bu üzdən də idmançımız öncə türkiyəli Abdulsamedrn Günalla qarşılaşıb və qələbə qazanıb. Ardından rumın İon Panaitə də rneyni aqibəti yaşadan bu idmançımız da üçüncü yerlə kifayətlənib.
rnSaman Təhmasibi də startda Eldəniz Əzizli kimi (84 кq) meydan sahibi rnolan idmançıyla – Yan Fişerlə görüşüb. Amma o, elə startdaca məğlub rnolaraq medal qazanmaq şansını itirib.

rn

Ağır çəkililərin mübarizəsində isə Maksim Proxorov rn(120 kq) medal qazanmaq yolunda ilk sınağını çexiyalı Marek Sveş rnqarşısında verib. Güləşçimiz bu rəqibini mübarizədən kənarlaşdıra bilsə rndə, ardından almaniyalı Niko Şmidtə məğlub olaraq, yarışla erkən rnvidalaşmalı olub.

rn

Avropa və dünya çempionumuz Həsən Əliyev (60 kq) rnbirinci görüşünü slovakiyalı Norbert Hosnedluya qarşı keçirib və rnproblemsiz qələbə qazanıb. Növbəti mərhələdə rusiyalı Arslan Abdullinlə rnqarşılaşan həmyerlimiz bu rəqibini də məğlubiyyətə uğradıb. Növbəti rnmərhələdə Norveç idmançısı Stiq Berge də Əliyev üçün problem yarada rnbilməyib. Lakin yarımfinaldakı Revaz Laşki idmançımızın finala çıxmasınarn imkan verməyib. Buna baxmayaraq bürünc medal qazanmaq şansı olan Həsən rnƏliyev rumıniyalı Eysebio Dyakonunu məğlub etməklə növbəti medalımızı rnqazanıb.

rn

Rafiq Hüseynov (74 kq) start matçında ispaniyalı rnRikardo Gil Sorliylə qarşılaşıb və qələbə qazanıb. Növbəti mərhələdə rnfransız Kristof Jenonu məğlub edən həmyerlimiz sloveniyalı Yure Kuxorla rnmübarizədən də qalib ayrılıb. Yarımfinalda isə Selcuk Çebi ilə rnqarşılaşan idmançımız adını finala yazdırıb. Finalda R.Hüseynovu macar rnPeter Baçi ilə döyüş gözləyirdi ki, həmyerlimiz bu rəqibini də rnmübarizədən kənarlaşdıraraq, baş mükafata sahib çıxıb.

rn

Nəhayət, 96 kq-da yarışan idmançımız Şalva Qadabadzern ilk sınağında slovakiyalı Filip Kojeqlə münasibətlərinə aydınlıq rngətirib və qələbəyə sevinib. Növbəti mərhələdə finlandiyalı Rami Antero rndə idmançımıza problem yarada bilməyib. Belaruslu Timofey Denisenko isə rnQadabadzenin finala yolunu kəsib. Güləşçimiz bürünc medal qazanmaq üçün rnçexiyalı David Valanı məğlub etməli idi ki, bu şansdan da maksimum rnyararlana bilib.

rn

Beləliklə, bütövlükdə komanda hesabında 1 qızıl, 4 bürüncə sahib rnçıxan yunan-roma güləşçilərimiz 42 xalla Avropada 2-ci olublar. Birinci rnyeri 44 xalla Rusiya (2-1-1) tutub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail