Berti Foqts: "Nəyə görə ruslara 2 qol vurmayaq?"

15.10.2012 | 3405 dəfə oxunub

Sabah dünya çempionatının seçmə mərhələsində Moskvada Rusiya millisinin qonağı olacaq Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts bu gün oyunöncəsi mətbuat konfransı keçirib. Stadium.az xəbər verir ki, millimizin çalışdırıcısı ilk növbədə "Lujniki"nin qazonunun şikayətlənmədiklərini deyib: "Biilirəm ki, çoxlarını "Lujniki"nin süni qazonu razı salmır. Amma biz süni meydançalara öyrəşmişik. Çünki Azərbaycan belə arenaların sayı heç də az deyil. Bu səbəbdən də süni meydança ilə bağlı siz bizdən heç bir narazılıq eşitməyəcəksiz". 

Foqts Rusiya millisinin son oyununa da toxunub: "Rusiyanın Portuqaliyaya qarşı müdafiədən oynamasına təəccüblənmədim. Çünki rəqibin hücum xətti olduqca güclüdür. Amma sabahkı matçda ruslar meydanda üstünlüyü dərhal ələ almağa çalışacaqlar. Amma biz də kifayət qədər təhlükəliyik. Avro-2012-nin seçmə mərhələsində biz yeganə komanda olduq ki, Almaniya millisinin qapısına 2 qol vurduq. Nəyə görə də ruslara iki qol vurmayaq? Rusiya millisinin son qitə birinciliyindəki uğursuz çıxışı mənim üçün gözlənilməz oldu. Düşünürəm ki, Almaniyanın İtaliya ilə oyunda olduğu kimi, Rusiyanın da yunanlarla qarşılaşmada heç cür bəxti gətirmədi".   



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail