Fabio Kapello: "Əminəm ki, Azərbaycan millisi hörmətə layiq komandadır"

15.10.2012 | 4285 dəfə oxunub

Sabah dünya çempionatının seçmə mərhələ oyununda Moskvada milli komandamızı qəbul edəcək Rusiya yığmasının baş məşqçisi Fabio Kapello bu gün oyunöncəsi mətbuat konfransı keçirib. Stadium.az xəbər verir ki, italiyalı mütəxəssis ilk növbədə millimiz haqda danışıb: 

- Mən tam əminəm ki, Azərbaycan millisi hörmətə layiq komandadır. Bu komanda İsraillə heç-heçə oynayıb, eləcə də xeyli sayda qol imkanı yaradıb. Portuqaliyaya qarşı da onlar layiqli çıxış ediblər. Portuqaliya millisi yalnız 1 saatın tamamında rəqibin müqavimətini qırmağa bacarıb.  

Rəqibimiz Moskvaya hazır vəziyyətə gəlib. Bu səbəbdən də biz ilk dəqiqələrdən diqqətli və aqressiv olmalıyıq. Düşünməməliyik ki, əvvəl-axır Azərbaycana qol vuracağıq. 

- Heyəti artıq müəyyənləşdirmisiniz?

- Portuqaliya millisinə qarşı keçirilən oyunla müqayisədə heyətdə dəyişikliklər olacaq.  

- Portuqaliya və Azərbaycan milliləri oyun tərzində tam fərqli komandalardır. Bu o deməkdir ki, Rusiya millisinin oyun tərzində də dəyişiklik olacaq? 

- Unutmayın ki, futbolu iki komanda oynayır və çox şey rəqibin çıxışından asılıdır. Şimali İrlandiya ilə oyunu çox gözəl xatırlayıram. Həmin matçda rəqib bütünlüklə müdafiəyə qapandı və biz bütün oyunu onların cərimə meydançasından keçirdik. 

Əgər Azərbaycan da eyni yolla getsə, biz əsasən hücum edən tərəf olacağıq. Yox, əgər rəqibimiz hücumda fəallııq nümayiş etdirsə, o zaman müdafiədə ehtiyatlı oynamaq məcburiyyətində qalacağıq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail