Şmeyxel: "Neftçi"nin Avroliqanın qrupunda mübarizə aparması Azərbaycan futbolu üçün böyük nailiyyətdir"
Bu gün “Bakcell”lə “Mançester Yunayet” klubu arasında imzalanan əməkdaşlıq müqaviləsində qonaq qismində iştirak etmək üçün Bakıya gələn əfsanəvi qapıçı Peter Şmeyxel tədbirdən sonra azərbaycanlı jurnalistlərə müsahibə verib:
- Bakı haqda hansı təəssüratlarınız yarandı?
- Məni və “Mançester Yunayted” klubunun heyətini ölkənizdə çox gözəl qarşıladılar. Buna görə təşəkkür edirəm. Karyeram ərzində istər yığma, istərsə də klub səviyyəsində bir çox ölkələrin komandaları ilə qarşılaşmaq imkanım olub. Azərbaycan keçmiş SSRİ respublikasıdır, təəssüf ki, ölkəniz müstəqillik qazandıqdan sonra da heç bir komandanızla üz-üzə gəlməmişəm. Bu, mənim Bakıya ilk səfərimdir. Ötən gün paytaxtınızı gəzmək imkanım oldu. Bakı çox gözəl şəhərdir, məndə möhtəşəm təəssüratlar bağışladı.
- 1991-1999-cu illərdə “Mançester Yunayted”də çıxış etmisiniz. Belə bir komandanın qapısını qorumaq sizə nə verib?
- Hələ uşaqlıqdan “Mançester Yunayted”də oynamaq istəyirdim. Çox şadam ki, uşaqlıq arzum yerinə yetdi və istədiyim klubda oynaya bildim. 9 il müddətində bu komandanın böyüklüyünü və azarkeşlərin emosiyalarının şəxsən şahidi olmuşam. Bununla fəxr edirəm.
- “Mançester Yunayted” karyeranızın son mövsümündə Çempionlar Liqasının qalibi oldunuz. O gecə yadınızda necə qalıb?
- Doğrudan da 1998-1999-cu il mövsümünün final matçının keçirildiyi İspaniyanın Barselona şəhərindəki “Nou Kamp” stadionunda möhtəşəm ab-hava var idi. O anları unutmaq çətindir. Açığı, Almaniya “Bavariya”sına qarşı oyunumuz o qədər də yaxşı alınmadı. Bəlkə də mövsümdə ən zəif matçımızı keçirdik. Amma “Bavariya” kimi mütəşəkkil komandaya qarşı sonadək mübarizə aparmaq, 0:1 hesabı ilə uduzduğumuz vaxt 3 dəqiqəlik uzatma dəqiqələrinin 2,5 dəqiqəlik son bölümündə 2 qol vuraraq, qələbəyə nail olmaq tamamilə möhtəşəm hisslər idi. Bu, 134 illik “Mançester Yunayted” ənənəsini göstərir. Biz əvvəllər də çətin vaxtlarda toparlanmağı bacarmışdıq. Ona görə də uduzduğumuz halda, qələbəyə nail olmaq bizim üçün qeyri-adi hal deyildi.
- Hazırkı işiniz nədən ibarətdir?
- Hazırda “Mançester Yunayted”in səfiri vəzifəsində çalışıram. Əsas işim, vəzifəm dünyanın müxtəlif yerlərinə gedərək, futbolu populyarlaşdırmaqdan ibarətdir.
- Azərbaycanda futbolla bağlı daha hansı layihədə iştirakınız mümkündür?
- Hazırda belə planlar yoxdur. Amma müəyyən məsələlər müzakirə olunur. “Mançester Yunayted”in müxtəlif ölkələrdə futbolun inkişafına dair proqramları mövcuddur. Bura futbol məktəblərinin yaradılması da daxildir. Belə bir məktəb yaradılsa, bizim hazırladığımız və sertifikat verdiyimiz məşqçilər gələcək və proqram üzrə hazırlıq prosesi keçəcəklər. Müxtəlif ölkələrdəki kimi, Azərbaycanda da gələcəkdə bu cür məktəb yaradıla bilər. İndi “Bakcell”lə “Mançester Yunayted” arasında tərəfdaşlıq başlayıbsa, gələcəkdə ölkənizdə futbolun inkişafına yönəlmiş tədbirlərin keçirilməsini də gözləyə bilərik.
- Azərbaycan futbolu haqqında hansı məlumatlara maliksiniz?
- Bilirəm ki, hazırda “Neftçi” Avropa Liqasının qrup mərhələsində mübarizə aparır. Fikrimcə, bu, Azərbaycan futbolu üçün çox böyük nailiyyətdir və futbolunuzun inkişafı istiqamətində düzgün iş aparılmasının göstəricisidir. Eyni zamanda milli komandanız 2014-cü il dünya çempionatının seçmə mərhələsində F qrupunda 1 xal toplayıb. Sabah yığmanız Rusiya ilə çox önəmli oyuna çıxacaq. Qalib gəlsəniz, bu, çox maraqlı nəticə olacaq və qrupda mübarizəni daha da gərginləşdirəcək.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |