Dünya çempionatının seçmə mərhələsinə əla start verən 12 komanda FOTOLENT

15.10.2012 | 3737 dəfə oxunub

2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının seçmə mərhələsində həyəcan davam edir. Stadium.az mundialın seçmə mərhələsinə uğurla start verən komanlardan hazırlanmış fotoreportajı təqdim edir. Qeyd edək ki, həmin 12 kollektiv arasında sabah millimizin qarşılaşacağı Rusiya yığması da var. 

* Almaniya millisi keçirdiyi 3 oyunun hamısında qələbə qazanıb. "Bundestim" o cümlədən də səfərdə İrlandiyanı 6:1 hesabı ilə darmadağın edib.

* Rumıniya millisi də 3 oyundan sonra maksimum nəticə göstərib. Qarşıda rumınları Hollandiya ilə çətin oyun gözləyir.

* İsveç millisi 2 oyundan 6 xal toplayıb. Komandanın lideri Zlatan İbrahimoviç isə əvvəlki kimi yenə meydanda karate fəndlərini yerinə yetirir.

* Zambiya millisi ilk 2 matçında xal itirməyib. Afrika Kubokunun son qalibi "Qara qitə"də yeni gücə çevrilməkdədir.

* Yeni Zelandiya millisi 3 oyundan sonra 9 xal toplayıb.

* Türkiyə milli komandası ilə bir qrupda yer alan rumınlarla yanaşı Hollandiya millisi də 3 oyundan sonra xal itirməyib.

* Bir ay əvvəl Misir Futbol Federasiyasında qalmaqal yaşansa da, komanda seçmə mərhələdə 2 oyundan sonra xal itirməyib. Hazırda azarkeşlərin əhval-ruhiyyəsi əladır.

* Fransa millisi 2 turdan sonra xal itirməyib. Sabah "üçrənglilər"i İspaniya ilə qarşıdurma gözləyir.

* Meksika millisi 5 oyundan 15 xal toplayıb. ABŞ millisi digər qrupdadır. Deməli, meksikalılar rahat nəfəs ala bilər.

* Son dünya və Avropa çempionları da 2 turdan sonra xal itirməyiblər.

* Tunis millisi 2 oyundan 6 xal toplayıb. Tunis Afrika qitəsində nadir komandalardandır ki, baş məşqçi postu yerli mütəxəssisə həvalə olunub.

* Rusiya millisi 3 oyundan 9 xal toplayıb. Rusların xüsusən də son oyunda Portuqaliyanı Moskvadan xalsız yola salması böyük ajiotaj doğurub. İndi Kapellonun komandasını Azərbaycanla oyun gözləyir. Görəsən, millimiz ruslardan xal ala biləcəkmi?  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail