Vasili Berezutski: "Ümid edirəm ki, Azərbaycan diasporu sabah millilərini dəstəkləyəcək"

15.10.2012 | 3916 dəfə oxunub

Sabah dünya çempionatının seçmə mərhələsi çərçivəsində Moskvada milli komandamızı qəbul edəcək Rusiya yığmasının aparıcı müdafiəçisi Vasili Berzutski qarşılaşma ilə bağlı "Sovetski Sport"a qısa müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:  

- Belə rəqiblə oyunda "Lujiniki"nin dolacağına inanırsan?

- Moskvada Azərbaycanın böyük diasporu var. Ümid edirəm ki, sabah onlar futbola gələrək, öz millilərinə dəstək olacaqlar.  

- Azərbaycan millisinin heyətindəki ən yaxşı futbolçuların adını çəkə bilərsən?

- Cavadov. Ümumiyyətlə, biz onların oyunlarına baxmışıq. Hansı heyətə malik olduqlarını və necə oynadıqlarını gözəl bilirik. Soyadlara nəzər yetirdikdə, aydın olur ki, komandanın heyətində xüsusi ulduz futbolçu yoxdur. 

- Bəs komandanı kimin çalşdırmasından xəbərdarsan?

- Berti Foqts, axı o uzun müddətdir Azərbaycanda çalışır. Amma bu müddət ərzində Azərbaycan millisi böyük turnirlərin final məırhələsinə vəsiqə qazana bilməyib. Bununla belə, yəqin ki, onlar da inkişaf edirlər. 





Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail