"İnanın ki, Cihan Özkara və Vaqif Cavadov Rusiya millisinə problem yarada bilər"

16.10.2012 | 4216 dəfə oxunub

Azərbaycan millisinin sabiq üzvü, Rusiyanın "Anji" klubunun baş direktoru Narvik Sırxayev bu gün dünya çempionatının seçmə mərhələsi çərçivəsində baş tutacaq Rusiya - Azərbaycan görüşü haqda fikirlərini bölüşüb. Stadium.az xəbər verir ki, Sırxayev matçın heç-heçə bitəcəyini düşünür: 

* Azərbaycan millisi tsikldən tsiklə inkişaf edir. Cari seçmə mərhələdə Berti Foqtsun yetirmələri İsraillə matçda qələbə qazanmaq üçün gözəl şans əldə etsələr də, qol imkanlarından yararlana bilmədilər və yekunda 1 xalla kifayətləndilər. Portuqaliya ilə matçda isə Azərbaycan böyükhesablı yenilgiyə layiq deyildi. Amma qismət başqa cür imiş... 

* Moskvada azərbaycanlılar müdafiədən oynayaraq, əks-hücumlara bel bağlayacaqlar. Böyük ehtimalla, Foqts 5 müdafiəçi, 4 yarımmüdafiəçi və 1 hücumçu ilə meydana çıxacaq. İnanın ki, Cihan Özkara və Vaqif Cavadov Rusiya millisinə problem yarada bilər. 

* Fərdi şəkildə Rusiya millisinin üzvləri güclüdürlər. Buna görə də azərbaycanlılar komanda şəklində mübarizəyə bel bağlamalıdırlar. Futbolçular hər an bir-birlərini sığorta etməli və standart vəziyyətlər zamanı diqqətli olmalıdırlar. 

* Futbol proqnozu sevmir, amma mən düşünürəm ki, görüş 1:1 hesabı ilə başa çatacaq. 

* Düşünürəm ki, Azərbaycan millisi bu qrupda dördüncü yer uğrunda mübarizə aparacaq ki, istəklərinə çatsalar, bu ölkə futbolu adına yaxşı nəticə kimi qəbul olunacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail