Mahir Şükürov: "Ağzımızı açıb, Rusiyanın ardıcıl qollar vurmasını izləməliyik?"

16.10.2012 | 5598 dəfə oxunub

Milli komandamızın üzvü Mahir Şükürov bu gün keçiriləcək Rusiya - Azərbaycan oyunu ilə bağlı "Sovetski Sport"a müsahibə verib. Stadium.az xəbər verir ki, Şükürov ilk növbədə Rusiya millisinin və "Zenit"in üzvü İqor Denisovu tənqid edib:  

- Realist olmaq lazımdır, Azərbaycan və Rusiya çempionatları tam fərqlidir. Sizdə bəzi oyunçular ildə 2-3 milyon avro qazanılar ki, bizdə belə deyil. 

- Amma bəziləri yenə də narazıdır.

- Bu haqda eşitmişəm. Denisov haqsızdır. "Mənə 5 milyon verin, 10 milyon verin". Bu, düzgün deyil. Əgər klubla müqavilə imzalamısansa, başını aşağı sal, oyununu oyna və qazan. Onun müqaviləsi sona çatsaydı, prezidentə yaxınlaşıb, "təzə gələn oğlan filan qədər qazanır, mənə də o qədər verməsəniz, gedəcəyəm" deyə bilərdi. Səhv etmirəmsə, Denisov "Zenit"də ildə 3 milyon avro alır. Avropada o belə məvacib alardı? Əsla, bir milyon maksimum. Onsuz da o elə indi də layiq olduğundan çox qazanır.  

- Rusiyaya qarşı oyunda hansı nəticə sizin üçün pis hesab olunmayacaq?

- Uduzsaq da, heç olmasa minimal fərqlə uduzaq. Amma biz heç-heçəyə də ümid edirik. 

- Deyəsən, Rusiya millisindən Portuqaliya yığmasından olduğu qədər çəkinmirsiniz?

- Rusiya da qrupun favoritidir. Biz İsraillə evdə heç-heçə oynadıq. Onlar isə bu rəqibə səfərdə böyükhesabla qalib gəldilər. Fərqi hiss edirsiz?

Kapelloya bütün dünya hörmətlə yanaşır. Bir baxın, o nə edir: Arşavini çağırmır, Pavlyuçenkoya ehtiyac duymur, Poqrebnyak da ona gərək deyil. İndiki Rusiya millisi Advokatın vaxtındakından daha güclüdür. Xüsusən də taktiki planda. 

Digər tərəfdən biz də əlimizi yanımıza salmayacağıq. Ağzımızı açıb, Rusiyanın ardıcıl qollar vurmasını izləməliyik? Biz qələbə qazanmaq istəyirik. 

Siz heç təsəvvür edə bilməzsiz ki, biz yenidən Rusiyadan xal alsaq, ölkədə necə bayram olacaq. Yaxşı da mükafat alacağıq. Biz Rusiya ilə oyuna görə əla mükafat söz veriblər. Biz də həyatımız üçün pul, özümüz üçün ad qazanmaq istəyirik. Ona görə də asan gəzinti gözləməyin. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail