Şakira azərbaycanlı futbolçularla birgə

16.10.2012 | 2534 dəfə oxunub

AFFA ve UNICEF artiq bir ildən çoxdur ki əməkadaşlıq edir və bu əməkdaşlıq çərçivəsində bir neçə tədbir keçirilib. Stadium.az AFFA-nın rəsmi internet saytına istinadən xəbər verir ki, tədbirlərin əsas hissəsini tədris yönümlü təlimlər təşkil edir. Belə tədbirlərdən biri də  oktyabrın 12-də keçirilib. Bu tədbir zamanı  UNICEF-in xoşməramlı səfiri Şakira təhsilin əhəmiyyətini və onun qızların inkişaf etməsinə necə yardım etməsini müzakirə etmək üçün UNICEF tərəfindən dəstəklənən 17 yaşadək qızlardan ibarət futbol liqasının bir qrup oyunçusu ilə görüşüb.
 
Şakira sağlam həyat tərzi haqqında məlumatlılığı, qızların milli miqyasda təhsilini və idmanda iştirakını təşviq etmək üçün futbolun potensialından necə istifadə edilməsini yeniyetmə qızlarla müzakirə edib.
 
"İdman həm qızlar, həm də oğlanları əhatə etmək üçün gözəl vasitədir və qadın olduqlarına görə üzləşdikləri məhdudiyyətlər üzündən bir çox qızların edə bilmədiyi digərləri ilə sosial ünsiyyət qurmaq imkanını təmin edə bilər. Təhsil kimi idman da qızlara cəmiyyətdə bərabər hüquqlu oyunçu olmağa yardım edə bilər", - Şakira deyib.
 
UNICEF  və Azərbaycan Futbol Federasiyası Assosiasiyası (AFFA) inklüziv idman mühitini və qızların idmanda iştirakını təşviq etmək üçün öz səylərini birləşdiriblər. Bu səylərin bir hissəsi olaraq UNICEF yeniyetmə qızları sağlam həyat tərzi, yaşam bacarıqları və uşaq hüquqları haqqında biliklər vasitəsilə səlahiyyətləndirir. Milli liqanın qızlardan ibarət oyunçuları nümunəvi qızlar və qızların idmana cəlb edilməsinin təşviqatçıları qismində çıxış edirlər.
 
Qız oyunçularla söhbət zamanı müzakirə olunan önəmli mövzulardan biri də erkən nikahlar məsələsi olub. Son zamanlar aparılmış tədqiqat zamanı məlum olub ki, erkən nikahlar müşahidə olunmaqda davam edir, çünki bəzi valideynlər hələ də öz qızlarının təhsillərini davam etdirməsini deyil, erkən yaşda nikah qurmasını məqbul hesab edirlər və düşünürlər ki, təhsilə daha çox oğlanların ehtiyacı var. Təhsil yeniyetməlik dövründə hamiləlikdən və uşaq doğumundan qaynaqlanan sağlamlıq üçün riskləri, sosial məhdudiyyətləri və qızlar və onların dünyaya gətirdiyi uşaqlar üçün digər zərərləri şərtləndirən qızlar arasında erkən nikahların qarşısının alınmasına yardım edir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail