Moskvada yaşayan həmyerlimiz milli üzvlərinə qoyun söz verdi

16.10.2012 | 3834 dəfə oxunub

Bu gün dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Rusiya - Azərbaycan oyununa qonşu ölkədə maraq böyükdür. Stadium.az xəbər verir ki, "Sovetski Sport" nəşrinin əməkdaşı dünən Rusiyanın millimizlə oyunöncəsi son məşqindən sonra hazırlıq prosesinin baş tutduğu "Torpedo" stadionunun qarşısındakı kafeyə yollanıb. Məlum olub ki, həmin kafenin sahibi azərbaycanlıdır. Rusiyalı jurnalist həmyerlimizin də qarşılaşma ilə bağlı fikirlərini öyrənib. Dialoqun maraqlı olan hissəsini təqdim edirik:   

"Bu kafenin sahibi azərbaycanlıdır. İsmayıl artıq indidən oyuna tədarük görür. Fikir verdim, stolunun üstündə artıq bir neçə kəsilmiş qoyun var. Sən demə, o futbolçuları üçün mükafat da hazırlayıb:  

- Heç bir azərbaycanlı qoyun əti yemədən yaşaya bilməz. Bu bizim adət-ənənəmiz, milli mətbəximizdi. Rusiya millisinə böyük hörmətlə yanaşıram, amma sabah öz komandamıza azarkeşlik edəcəyəm. Əgər mənim komandam qələbə qazansa, söz verirəm hər oyunçuya bir qoyun hədiyyə edəcəyəm. Kim istəsə diri, kim də istəsə doğranmış halda. Amma ümumi götürdükdə, heç-heçə ən ədalətli nəticə olardı. Axı mənim evdə 4 həyat yoldaşım var ki, onların arasında həm rus, həm də azərbaycanlı var. Ona görə də evdə söz-söhbət olmasını istəmirəm. 

- Bəs Rusiya millisinə heç nə hədiyyə etməyəcəksiniz? 

- Edəcəyəm. Əgər ruslar dünya çempionatında - Braziliyada heç olmasa, üçüncü yeri tuta bilsələr, o zaman hər bir futbolçu məndən Bronitsaxda 6 sot torpaq ala bilər. Kapelloya isə bu halda 24 sot torpaq bağışlayacağqm. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail