Baş məşqçiyə 20 oyunluq cəza

16.10.2012 | 3424 dəfə oxunub

Bu gün AFFA- İntizam Komitəsinin iclası keçirilib. Stadium.az xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul olunub: 

13 oktyabr 2012-ci il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun VI turunun “Şuşa” – “Energetik” matçında “Şuşa” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
14 oktyabr 2012-ci il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun VI turunun “Şahdağ” – “Lokomotiv” matçında “Şahdağ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
14 oktyabr 2012-ci il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun VI turunun “Neftçala” – “Bakılı” matçında “Neftçala” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
12 oktyabr 2012-ci il, futzal üzrə Azərbaycan çempionatının “Şəmkir” – “Neftçi”İSM matçında “Şəmkir” klubu iştirak etmədiyi üçün kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
12 oktyabr 2012-ci il, futzal üzrə Azərbaycan çempionatının “Baku Flames” – “Ekol” matçının 10-cu dəqiqəsində “Baku Flames” klubunun 2 №-li futbolçusu Saleh Əzizov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
12 oktyabr 2012-ci il, futzal üzrə Azərbaycan çempionatının PSL – “Azekolab” matçının 25-ci dəqiqəsində PSL klubunun 7 №-li futbolçusu Ceyhun İsmayılov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
14 oktyabr 2012-ci il, futzal üzrə Azərbaycan birinciliyinin “Neftçi”İSM – “Metro Air” matçının 29-cu dəqiqəsində “Metro Air” klubunun 10 №-li futbolçusu Mirzə Quliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı zaman hakimi təhqir etdiyi üçün futbolçu 4 oyunluq cəzalanır(maddə 42).
14 oktyabr 2012-ci il, futzal üzrə Azərbaycan birinciliyinin “Baku Fire” – “Fənərbağça” matçının 30-cu dəqiqəsində “Baku Fire” klubunun təqsiri səbəbindən oyun yarımçıq dayandırılmışdır. Baş vermiş hadisəyə görə kluba aşağıdakı cəzalar tətbiq olunur:
- “Baku Fire” klubunun baş məşqçisi Fuad Rzayev hakimə qarşı fiziki təsir göstərdiyi üçün 20 oyunluq cəzalanır və cəza müddəti başa çatana kimi oyun keçirilən arenaya buraxılmır. Adıçəkilən çəkilən şəxsin peşəkar və ya həvəskarlar liqalarda məşqçi və ya futbolçu kimi fəaliyyəti cəza müddəti başa çatana kimi dayandırılır (maddə 38.21).
“Baku Fire” klubunun məşqçisi Əşrəf Əliyev hakimi təhqir etdiyi üçün 5 oyunluq cəzalanır (maddə 42.4).
- Baku Fire” klubunun 8 №-li futbolçusu Rüfər Rzayev hakimi təhqir etdiyi üçün 4 oyunluq cəzalanır(maddə 42.3).
Baku Fire” klubunun 28 №-li futbolçusu Ümid Paşayev hakimi təhqir etdiyi üçün 4 oyunluq cəzalanır(maddə 42.3).
Baku Fire” klubunun 12 №-li futbolçusu İbrahim Zeynalov hakimi təhqir etdiyi üçün 4 oyunluq cəzalanır(maddə 42.3).
“Baku Fire” klubunun təqsiri səbəbindən oyun yarımçıq dayandırıldığı üçün kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 49).
Matçın hakimlərinin idarəçiliyini qiymətləndirdikdən sonra Hakimlər Komitəsi İntizam Komitəsinə məlumat versin.
14 oktyabr 2012-ci il, futzal üzrə Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Metropoliten” – “Okean” matçının 22-ci dəqiqəsində “Okean” klubunun 22 №-li futbolçusu Hüseyn Feyzullayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
14 oktyabr 2012-ci il, futzal üzrə Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Akkord” – “Bolluq” matçının 42-ci dəqiqəsində “Akkord” klubunun 1 №-li futbolçusu Cəlal Məmmədov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
13 oktyabr 2012-ci il, futzal üzrə Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Sportinq” – MU matçında MU klubu iştirak etmədiyi üçün kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail