18 oyun, 73 futbolçu, 6 baş məşqçi

17.10.2012 | 3952 dəfə oxunub

Topaz Premyer Liqasının IX turunda “Qəbələ”ni qonaq edəcək “Xəzər Lənkəran” tarixində 19-cu dəfə bu rəqiblə qarşılaşacaq. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, Lənkəran təmsilçisi indiyədək 16 çempionat və 2 kubok matçında Qəbələ təmsilçisi ilə üz-üzə gəlib. İndiyəqədərki matçların balansında aşkar üstünlüyə malik “ağ-yaşıllar” 11 dəfə qalib gəlib, 4 dəfə “sülh”lə razılaşıb və cəmi 3 dəfə məğlub olublar. Top fərqində də komandanın üstünlüyü aşkar görünür – 30:14. Bu məhsuldarlığın nəticəsidir ki, “Xəzər Lənkəran” tarixi ərzində yalnız 1 dəfə “Qəbələ”nin qapısına yol tapmayıb.
 
Bu da səfərdə gerçəkləşib. Ev oyunlarında isə azarkeşlər ən azı 1 dəfə qol sevinci yaşayıblar. Lənkəranda baş tutan əvvəlki oyunlara gəlincə 6 qələbəsi olan komanda cəmi 3 dəfə qonaqlara xal verib: 2 heç-heçə və 1 məğlubiyyət. Bu matçlarda top fərqi 17:7-dir. Bu isə o deməkdir ki, qarşıdakı matçda vurulacaq ilk qol Lənkəranda baş tutacaq 10-cu dueldə qeydə alınan 25-ci top olacaq.
 
Komandanın kapitanı Rahid Əmirquliyev “Qəbələ” ilə 18 oyunun 16-da oynamaqla rekordçudur. Radomir Todorov 14, Kamran Ağayev 12 dəfə bu rəqibə qarşı “ağ-yaşıl” formada oynayıb. Ümumilikdə isə 73 futbolçu əvvəlki 18 matçın iştirakçısı olub.
 
Komandanın vurduğu 30 qola isə 16 futbolçu imza atıb. Kubok oyununda avtoqol müəllifi kimi tarixə düşən “Qəbələ”li İrakli Vaşakidze istisna olmaqla “Xəzər Lənkəran”ın 15 üzvü rəqib qapısına yol tapıb. Bu mənada rekordçu Zaur Ramazanovdur. O, “Qəbələ”ni 6 qolla məyus edib.
 
İndi əks düşərgədə olan Rəşad Andullayev 4 dəfə indiki komandasının qapısına yol tapıb. Rahid Əmirquliyevlə Allan Lalin hərəyə 3, Emeka Opara ilə Emin Quliyev hərəyə 2 dəfə qəbələliləri oyuna mərkəzdən başlamağa məcbur ediblər.
 
Əvvəlki 18 matçda 25 futbolçu 35 vərəqə ilə cəzalanıb. Bu vərəqələrdən 2-si qırmızı olub. Kostadin Cambazov və Alim Qurbanov “Qəbələ” ilə oyunlarda meydanı erkən tərk edənlərdir. Cambazov ümumilikdə 4, Rahid Əmirquliyevlə Adrian Pit 3 vərəqə alıblar.
 
“Qəbələ” ilə oyunlarda “Xəzər Lənkəran” 3 qapıçıya güvənib. Kamran Ağayev 12 matçda 7, Dmitri Kramarenko 5 oyunda 5 qol buraxıb. Kamal Bayramov isə meydana çıxdığı yeganə qarşılaşmada 2 dəfə məyus olub.
 
“Xəzər Lənkəran”ın 6 baş məşqçisi “Qəbələ” ilə duellərin iştirakçısı olub. İndiki baş məşqçi Yunis Hüseynov 3-cü dəfə komandanı “Qəbələ” önünə çıxaracaq. Əvvəlki 2 matçda onun yetirmələri uduzmayaraq 4 xal əldə edib. “Xəzər Lənkəran”ın baş məşqçilərindən Ağasəlim Mircavadov 10 (7 qələbə və 3 heç-heçə), Mirça Rednik 3 (2 qələbə və 1 məğlubiyyət) oyunda “Qəbələ” ilə üz-üzə gəlib. Rasim Kara, İqor Ponomaryoov və Cüneyt Biçər isə bu rəqiblə 1 dəfə üz-üzə gəlib. Onlardan biri – Kara qələbəyə sevinibsə, digərləri məğlubiyyətə üzülüblər.
 
2006/07   09.12.2006   çempionat   e   4:0
2006/07   23.05.2007   çempionat   s   3:0
2007/08   30.09.2007   çempionat   e   2:1
2007/08   05.04.2008   çempionat   s   1:1
2007/08   09.04.2008      kubok      s   3:1
2007/08   23.04.2008      kubok      e   1:1
2008/09   15.11.2008   çempionat   s   1:0
2008/09   03.05.2009   çempionat   e   1:2
2009/10   19.09.2009   çempionat   s   1:1
2009/10   19.12.2009   çempionat   e   1:0
2009/10   12.03.2010   çempionat   e   4:1
2009/10   17.04.2010   çempionat   s   2:1
2010/11   07.08.2010   çempionat   e   1:0
2010/11   06.11.2010   çempionat   s   0:1
2011/12   23.09.2011   çempionat   e   2:1
2011/12   21.02.2012   çempionat   s   1:2
2011/12   07.04.2012   çempionat   s   1:0
2011/12   05.05.2012   çempionat   e   1:1



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail