"Sumqayıt"ın prezidenti: "Raabın işindən razı idik"

17.10.2012 | 3642 dəfə oxunub

“Sumqayıt” Futbol Klubunun rəhbərliyi, məşqçilər heyəti və futbolçular fanklubun üzvləri, şəhərin fəalları, media nümayəndələri ilə görüş keçirib. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, “Azərikimya” İstehsalat Birliyinin akt zalında baş tutan tədbiri giriş sözü ilə klubun prezidenti Kamran Quliyev açıb. Qonaqları salamlayan klub rəhbəri media nümayəndələrini əməkdaşlığa çağırıb: “Klubun prezidenti olaraq, bütün qonaqlarımızı salamlayıram. İlk növbədə, zalda çoxluq təşkil edən mətbuat nümayəndələri üçün maraqlı ideya səsləndirmək istəyirəm. Klubumuzun həyatında mətbuat önəmli yerlərdən birini tutur. “Sumqayıt” Futbol Klubu olaraq, mətbuatla əməkdaşlığa hazırıq. Təklif edəcəyiniz layihələri müzakirə edib həyata keçirməyə hazırıq”.

Kamran Quliyev daha sonra 2011/2012 mövsümünün yekunları ilə bağlı məlumat verib: “Ötən ilin iyul ayında almaniyalı mütəxəssis Bernhard Raabla müqavilə imzaladıq. Ümumilikdə götürsək, 2011/2012 mövsümü nəticə etibarı ilə bizim üçün uğursuz yekunlaşdı. Lakin biz Raabın işindən razı idik. Ən azından Premyer Liqa təcrübəsi görməyən futbolçularımız tezliklə milli komandalara dəvət almağa başladı. Onun sayəsində, Bədavi Hüseynov, Abdulla Abatsiyev, Orxan Əliyev, Murad Ağayev, Hacı Əhmədov, Slavik Alxasov, Murad Səttarlı, Kamil Nurəhmədov, Tərlan Quliyev kimi futbolçular böyük təcrübə qazandı.
Ötən il klubumuz, ölkədə böyük nüfuza sahib olan bir neçə şirkətlə əməkdaşlıq etdi. “Paşa Həyat Sığorta”, “Aqua Vita”, “Spektr Travel”, “Access Bank” və “Azenco” şirkətləri ilə partnyorluq müqavilələri imzaladıq. Arxada qalan mövsümdə klubumuz kifayət layihələr həyata keçirdi. İl ərzində KİV, fanatlar, şəhərin fəalları, ictimai təşkilatlarla xeyli xeyriyyə tədbirlərində iştirak etdik. Ötən mövsüm bir neçə futbol turnirləri də keçirdik. Məsələn, fevral ayında təşkil etdiyimiz “Sumqayıt Kuboku”nda üç yaş qrupu 1998-1999, 2000-2001 və 2002-2003-ci il təvəllüdlü futbolçular qalib adı uğrunda mübarizə apardı. Turnirdə ümumilikdə 600-dən artıq futbolçu iştirak etdi. İlin sonunda isə “Access Bank”la “Access Bank Məktəbli Turniri”nin keçirilməsi ilə bağlı layihə hazırladıq. İnşallah tez bir zamanda həmin turnir start götürəcək”.

Klub rəhbərinin çıxışından sonra zala təşrif buyurmuş qonaqlar “Sumqayıt” Futbol Klubunun ötən mövsümdə və cari mövsümdə vurduğu qollardan ibarət videoçarxı izləyib.

Ardınca “Sumqayıt” FK-nun baş məşqçisi Bernhard Raab, futbolçular Samir Abasov, Ceyhun Sultanov, Sabir Allahquliyev, Pərdis Fərcad-Azad və Ramil Həşimzadə media nümayəndələrinin sullarını cavablandırdı. Görüş zamanı baş məşqçi Bernhard Raab klubda görülən işlər, komandanın Premyer Liqada cari mövsümdəki çıxışından, ölkə futbolunun inkişafı və gələcək planlardan danışıb. Kapitan Samir Abasov isə Sumqayıt futbolu ilə bağlı bəzi maraqlı məqamlara toxunub. Hazırkı heyətin daha güclü olduğunu deyən millimizin sabiq futbolçusu komandanın cari mövsümdə uğurlu çıxışına inandığını bildirib. Jurnalistələrin suallarını cavablandıran yarımmüdafiəçimiz Ceyhun Sultanov isə gənc futbolçulara bəzi məsləhətlər verib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail