“Kəpəz"də sonuncu dəfə belə hal 1994-1995-ci illərdə olub”

17.10.2012 | 4094 dəfə oxunub

"Kəpəz"in kapitanı Azər Məmmədov klubun rəsmi internet saytına “Kəpəz”in son dövlər uğurlu çıxış etməsinin səbəblərini açıqlayıb. Stadium.az xəbər verir ki, təcrübəli müdafiəçi klubdakı ab-havadan danışıb.” Uğurlu nəticələrə imza atmağımız, fikrimcə, komandada birliyin, nizam-intizamın olmasından irəli gəlir. Oyun sxemində də müəyyən dəyişiklik olub və bu, xeyrimizə işləyib. Qazandığımız xallar özümüzə inamı artırıb. Turnir cədvəlində sonuncu pillədə xalsız idik. Hazırda isə 7 xalımız var və onuncu yerdəyik".

Məmmədov çempionatın sonuncu turu çərçivəsində Gəncədə keçirilən “Kəpəz” - “Qarabağ” matçı haqda da fikilərini bölüşüb. Tarixə səyahət edib, maraqlı məqamlardan bəhs edbi: “Ağdamlılara qarşı matçda əldə etdiyimiz bir xalı yüksək qiymətləndirirəm. “Qarabağ”ın çempionatın ən güclü klublarından biri olduğunu unutmamalıyıq. Orada çıxış edən futbolçuların əksəriyyəti yığma komandada oynayır. Onlarla oyunda maraqlı bir məqam, uzun müddətdən sonra 7 gəncəli futbolçunun start heyətində yer alması idi. Sonuncu dəfə belə hal səhv etmirəmsə, 1994-1995-ci illərdə olub. Bu, şəxsən mənim üçün sevidiricidir. Heyətimizdə gənc oyunçuların olması və onların bizimlə yanaşı çıxış etməsi də təqdirə layiqdi".

Arxa xəttin dayağı, komandanın son yüksəlişində baş məşqçi amilini önə çəkib, Mahmud Qurbanov faktorunu dəyərləndirib: "Mahmud müəllim, məşqçilik karyerasına yeni addım atıb. Gənc məşqçi olmasına baxmayaraq, məşq prosesində həddindən artıq tələbkardır. Futbolçulardan əsas tələbi, topla daha çox oynamalarını istəməsidir. Dəqiq ötürmələr verməyi, topu itirməməyi tapşırır. Çalışdırıcımız komandada əhval-ruhiyyəni qaldırmağı bacarıb”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail