"Hakim Azərbaycanın qapısına 1 yox, 2 penalti təyin etməliydi" MÜSAHİBƏ
Rusiya millisinin müdafiəçisi Andrey Yeşenko
"Sport-Ekspress"ə müsahibə verib. Stadium.az xəbər verir ki, 28 yaşlı
futbolçu müsahibəsində Azərbaycan millisi ilə oyun haqda danışıb:
-
Rusiya millisinin üzvü olmaq necə hissdir?
- Bu, inanılmaz dərəcədə
çox xoşdur. Ölkənin şərəfini qorumaq - inanılmaz, sözlə ifadə edə bilməyəcəyim
hissdir.
-
28 yaşında millidə debüt etdin. Ayaqların əsmədi?
- Sözün açığı, əvvəl bir
az həyəcan var idi. İşlər qaydasında getmirdi. Nədə olsa, Rusiya millisi və
debüt matçı. Xoşbəxtlikdən 2 dəqiq ötürmədən sonra hər şey qaydasına düşdü.
- Azərbaycanla görüşdən asan gəzinti gözlənilsə də, hər şey
qorxulu yuxuya doğru gedirdi...
- Oyunun sonları
həqiqətən də əsəbi alındı. Bunun da günahkarı özümüzük. Çünki biz hələ ilk
yarıda rəqibin qapısına yol tapmalıydıq. Əgər yaxaladığımız şanslardan birini
dəyərləndirə bilsəydik, hər şey tam fərqli olacaqdı. Portuqaliya ilə oyunu yada
salın. Həmin matçda Azərbaycan millisi 63 dəqiqədə qapısını toxunulmaz saxladı.
Lakin hesab açıqldıqdan sonra qolların ardı gəldi və yekunda Portuqaliya
böyükhesablı qələbə qazandı. Amma təəssüf ki, biz sonadək öz işimizi çətinləşdirdik.
Bununla belə, vacib olan qol vurmaq idi ki, onu da bacardıq. Biz bilirdik ki,
işimiz asan olmayacaq.
- Penalti epizodu haqda mübahisə etməyəcəyəm. Ümumiyyətlə,
necə düşünürsünüz, oyunda hakim Azərbaycan millisinin qapısına cəmi 1 penalti
təyin etməliydi?
- Mənə inanın ki, hakim Azərbaycan
millisinin qapısına 1 yox, 2 penalti təyin etməliydi. Mən heç vaxt boş yerə danmışıram.
Simulyasiya etməyi isə ümumiyyətlə, bacamıram. Həm ilk, həm də ikinci yarıda
mənə qarşı edilən kobudluqlara görə penalti verilməliydi. 100 faiz. Üstəlik,
Kombarova da qarşı kobudluq edilmişdi.
- 4 oyuna 12 xal və qol buraxmamışıq. Kapello sehrbazdır?
- Belə deyək, bizim uğurumuzda
baş məşqçinin rolu böyükdür. Amma unutmaq lazım deyil ki, komandamızda hamı bir-biri
üçün döyüşür, meydanda bir-birinə yardım edir. Hətta hücumçular belə müdafiə
xəttinə kömək edir.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
24.09.2019
05.08.2019
24.12.2014
12.01.2013
11.01.2013
10.01.2013
09.01.2013
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |