"Simurq"dan azərkeşlərinə bir ilk

18.10.2012 | 3296 dəfə oxunub

“Simurq” klubu artıq rəsmi fan klubunu yaratmaq üçün işlərə başlayıb. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, komanda rəhbərliyi tərəfindən səfər oyunlarına gediş-gəlişi təmin edilən azərkeşlərə, daha bir hədiyyə hazırlanıb. Onlara klubun simvolik rənglərindən ibarət köynəklər paylanılacaq.

Qeyd edək ki, bu zaqatalalı futbol azərkeşlərinə komandanın ilk hədiyyəsi olmayacaq. Qarşıda onların stadionlara daha çox gəlib, komandanı fəal dəstəkləməsi üçün geniş kompaniyalar təşkil olunacaq. Bununla bağlı klubun rəsmi saytına açıqlama verən icraçı direktor Vaqif Əliyev qarşıdakı işlər haqqında bunları deyib: “Bu “Simurq”dan tarixində bir ilkdir. Bildiyiniz kimi rəsmi fan klubumuzun yaradılması üçün işlərimizi davam etdirik. Klub prezidenti Anar Bəkirov da bu işlə yaxından maraqlanır. Rəsmi fan klubumuz fəaliyyət başladıqdan sonra onlar üçün daha geniş çeşidli atributlar hazırlayacayıq. Bu bizim ilk işimiz oldu. Qarşıda isə onlara daha keyfiyyətli və maraqli hədiyyələr təqdim edəcəyik. Biz də onlardan komandamıza dəstək verməyə, “Simurq”u qələbəyə səsləməyə çağırırıq”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail