"İnter" - "Simurq": statistika nə deyir?

19.10.2012 | 3857 dəfə oxunub

Azərbaycan Premyer Liqanın 9-cu turunun qarşıdan gələn "İnter" - "Simurq" görüşü hər iki komanda üçün sayca 15-ci olacaq. Stadium.az "İnter"in rəsmi internet saytına istinadən xəbər verir ki, bunadək komandalar bir-birilə 14 dəfə qarşılaşıb, 12 oyun çempionat çərçivəsində keçirilib və 2 matçi sə ölkə kubokunun payına düşür. “İnter” rəqibini 12 dəfə məğlub edə bilib, "Simurq" isə ancaq 1 qələbəyə malikdir. 14 oyunun 1-i heç-heçə ilə başa çatmışdı.  Vurulan topların fərqi "İnter"-in xeyrinədir-25:8.

     Komanda   O   Q   H   M Toplar
      “İnter”  14   12   1    1  25-8
      “Simurq”  14    1   1   12  8-25
 
Komandalar ilk dəfə 2006-cı ilin avqustayında çempionat çərçivəsində üz-üzə gəlib. "Şəfa" stadionuna baş tutmuş həmin görüş 2:0  hesabıyla "İnter"in xeyrinə başa çatmışdı. 
 
Xatırlardaq ki, ötən mövsümdə komandalar bir-birilə iki dəfə qarşılaşıblar və hər iki oyunda "İnter" rəqibini məğlub edib. "Şəfa" stadionunda komandamız rəqibi 1:0 hesabıyla üstələdi, Zaqatalada keçirilən görüşdə isə "İnter" "Simurq"un qapısına 2 cavabsız qol vurmuşdu. "İnter” - "Simurq" oyunlarında ən populyar hesab 2:0-dır. Belə nəticə 14 görüşün 6-da qeydə alınıb. "İnter" - "Simurq" qarşılaşmaların tarixində ən böyükhesablı nəticə 3:4 hesabıdır. 2008-cı ildə komandamız  "Simurq"u məhz bu hesabla udmuşdu.
Bunadək komandaların keçirdiyi oyunların cədvəlini sizin diqqətinizə çatdırırıq:
 
    Mövsüm          Oyun  Hesab
2006/07
 “İnter”-“Simurq”    2:0
2006/07
 “Simurq”-“İnter”    1:2
2007/08
 “İnter”-“Simurq”    2:0
2007/08
 “Simurq”-“İnter”    3:4
2008/09
 “Simurq”-“İnter”    0:2
2008/09
 “İnter”-“Simurq”(Kubok)    2:0
2008/09
“Simurq”-“İnter””(Kubok)    2:1
2008/09
 “İnter”-“Simurq”    1:0
2009/10
 “Simurq”-“İnter”    1:1
2009/10
 “İnter”-“Simurq”    2:1
2010/11
“Simurq”-“İnter”    0:1
2010/11
 “İnter”-“Simurq”    2:0
2011/12
 “İnter”-“Simurq”    1:0
2011/12
  “Simurq”-“İnter”    0:2
 
Azərbaycan çempionatında "Simurq"-a qarşı keçirilən  ev oyunlarında “İnter” böyük üstünlüyə malikdir. Belə ki, 6 qarşılaşmanın hamısında komanda rəqibini məğlub etməyi bacarıb.  Bu matçlarda top fərqi "İnter"in xeyrinədir-10:1.
 
Qeyd edək ki, "İnter" - "Simurq" matçı oktyabrın 20-də keçiriləcək. Oyun saat 18.00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail