Messi, Messi, yenə də Messi!

LEO LİDERLİYİ ƏLDƏ ALDI, PELENİN HEGEMONLUĞUNA SON QOYUR

21.10.2012 | 3276 dəfə oxunub

“Barselona”nın hücumçusu Lionel Messi İspaniya çempionatının bombardirlik yarışında liderliyi ələ alıb. Stadium.az xəbər verir ki, bu, argentinalı ulduzun dünən “Deportivo”ya səfərdə 5:4 hesabı ilə qalib gəldikləri oyunda üç qol vurmasından sonra mümkün olub.

Hazırda Messinin ehtiyatında on bir qol var (biri penalti ilə). İkinci yeri “Real”dan Kriştiano Ronaldo (doqquz qol, dördü penalti ilə), üçüncü yeri isə “Atletiko”dan Radamel Falkao (səkkiz qol, dördü penalti ilə)  tutur.

Bu gedişlə Messi daha bir rekordu qıracaq. Məsələ ondadır ki, Messi “Futbol kralı” Pelenin hegemonluğuna son qoyur. Son 3 ildə dünyanın ən yaxşı futbolçusu seçilən “Barselona”nın argentinalı legioneri Lionel Messi əfsanəvi braziliyalı hücumçunun uzun illərdir qırılmaz olan rekordlardan birinə çatmaq üzrədir. 

Söhbət 1 ildə rəsmi oyunlarda vurulan qollardan gedir. 

Pele 1959-cu ildə 75 qol vurub ki, bunun 66-na vətənində çıxış etdiyi “Santos” klubunda, 9-da yığmada imza atıb. 

Messi isə “Deportivo” ilə İspaniya çempionatının hesabat turunda etdiyi het-triklə üçqat dünya çempionuna “əlcək atıb”. 

Belə ki, Lionel bu il artıq 71 qol vurub. O, 51 dəfə “Barselona”da, 12 dəfə yığmada fərqlənib. Messinin ilin sonuna kimi Pelenin rekordunu qıracağı çox real görünür.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail