IX turdan maraqlı məqamlar

21.10.2012 | 3681 dəfə oxunub

Topaz Premyer Liqasının IX turu “Neftçi”, “Qarabağ” və AZAL-ın fərqli seriyalarının davamı ilə əlamətdar oldu. Stadium.az xəbər verir ki, onlar ötən turlardakı seriyalarına davam etsə də, rekorddan hələ çox-çox uzaqdı.

 “Neftçi” hara, heç-heçə hara

 Son 2 ilin çempionu “Neftçi” çempionatında startında 6-cı qarşılaşmasında da heç-heçə etmədi. Bununla da bakılılar 8-ci dəfə çempionata belə başladı. Ötən mövsüm olduğu kimi Böyükağa Hacıyevin yetirmələri yenə ilk 6 qarşılaşmada 4 qələbə və 2 məğlubiyyətlə başlayıb. 1998/99 və 2009/10 mövsümlərində isə ilk 6 matçda 3 qələbə və 3 məğlubiyyət qeydə alınıb. Digər 4 heç-heçəsiz  start – 1992, 1994/95, 1996/97,  2000/01-də ilk 6 matçda 6 qələbə ilə yadda qalıb.

 “Neftçi” ötən mövsümü də 6 heç-heçəsiz qarşılaşma ilə bitirmişdi. Bu isə o deməkdir ki, “ağ-qaralar” 12 oyundur “sülh”lə barışmır. Lakin bu heç də rekord deyil. Paytaxt təmsilçisi 1992-ci ildə startdakı 28 matçla bərabərlikdən qaçmış və yalnız 29-cu oyununda heç-heçə etmişdi.

 “Qarabağ” heç-heçələri sıralayır

 “Qarabağ” isə əksinə 3 oyundur ki, ardıcıl heç-heçələri sıralayır. Ağdamlılar bununla da 1998/99 mövsümünün rekordunun 2 addımlığındadır. Həmin vaxt “Qarabağ” 16-20-ci turlar aralığında 5 heç-heçə etmişdi.

 AZAL qol həsrətində

 Son 4 oyunda qol həsrəti yaşayan AZAL “Qarabağ”ı 6:2 hesabı ilə udandan sonra rəqib qapılarına yol tapa bilmir. Sentyabrın 16-dakı matçın 77-ci dəqiqəsində Junior Nildonun vurduğu qoldan sonra 373 dəqiqədir ki, “təyyarəçilər” qol həsrəti yaşayır. Bakılıların antirekordu isə 2005/06 mövsümündə qeydə alınıb. Həmin vaxt 9-15-ci turlarda qol vurmayan o vaxtki “Olimpik” 7 qarşılaşmada rəqiblərini məyus edə bilməmişdi.

 Qırılan rekord seriyaları

 Zaqatalanın “Simurq” klubunun rekord seriyası qırılıb. Sonuncu dəfə ötən mövsümün aprelin 1-də keçirilən oyununda məğlub olan əyalət təmsilçisi öz meydanında AZAL-a 1:2 hesabı ilə uduzduqdan 202 gün sonra xalsız qaldı. Topaz Premyer Liqasının IX turunda “İnter”lə səfər matçında 0:1 hesabı ilə məğlub olan Georgi Çixradzenin yetirmələr 14 məğlubiyyətsiz qarşılaşmadan sonra belə üzüntü yaşadı. Zaqatala təmsilçisi ötən mövsümün son 6 və cari çempionatın ilk 8 oyununda heç kimə 3 xal verməmişdi. “Simurq” 2008/09 mövsümündəki 11 oyunluq məğlubiyyətsizlik seriyasını 3 matç, 2007/08 mövsümündəki startda 7 yenilgisiz qarşılaşma seriyasını 1 görüş artırmaqla hər 2 rekordu yenilədi.

 386 gündən sonra 13-cü stadion

 Topaz Premyer Liqasının IX turunda baş tutan “Qarabağ” – “Bakı” oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçirildi. Mövsümdə ilk dəfə çempionat oyununa ev sahibliyi edən arena 386 gündən sonra Premyer Liqa görüşündə azarkeşləri topladı. Belə ki, ölkənin baş arenasında son görüş ötən il sentyabrın 30-da baş tutmuşdu. Həmin vaxt “Bakı” ilə AZAL qolsuz heç-heçə etmişdi. Yenə “Bakı”nın iştirakı ilə keçirilən qarşılaşma bu dəfə də heç-heçə başa çatdı.

 Cari mövsümdə çempionat oyunlarını qəbul edən stadionların sayı bununla da 13-ə çatdı. Bunadək Premyer Liqa klubları Bakıda 6 - "Bakı"nın bazası, AZAL Arena, Bakıxanov qəsəbə stadionu, Dalğa Arena, “Şəfa” və Bayıl Arena, həmçinin Gəncə, Qəbələ, Lənkəran, Sumqayıt, Tovuz və Zaqatala şəhər stadionlarında meydana çıxmışdılar.

 Münasib rəqiblər

 Topaz Premyer Liqasının IX turu “İnter”in növbəti dəfə “Simurq”a uduzmaması ilə əlamətdar oldu. Bakılılar ölkə çempionatlarındakı 13-cü dueldə də rəqibinə məğlub olmadı. Bu, çempionatlar tarixində 5-ci belə nəticədir.

 İndiyədək ən çox oyunda rəqibinə uduzmayan isə “Kəpəz”dir. Gəncəlilər MOİK-lə 22 matçın hamısında xal qazanıb. “Neftçi” isə “Şəfa”dan 17 dəfə xal alıb. “Turan” üçün isə “Kür” münasib rəqibdir. Ümumilikdə isə 6 cütdə 1 komanda 10 dəfədən çox, ən azı 11 dəfə qarşılaşdığı rəqibinə heç vaxt uduzmayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail