Namiq Yusifov: "Xəzər Lənkəran"la oyuna 3 xal üçün çıxacağıq"

24.10.2012 | 3893 dəfə oxunub

"Qarabağ" - "Bakı" oyununda Ağdam klubunun aparıcı simalarından olan Namiq Yusifov zədələnərək, oyunu vaxtından əvvəl tərk etməli olmuşdu. Stadium.az xəbər verir ki, görüşün 15-ci dəqiqəsində yerini Emin Mustafayevə verən 26 yaşlı yorulmaz futbolçunun durumuna aydınlıq gəlib. Klubun rəsmi internet saytına açıqlama verən Namiqi dinləyək: "Məlum olduğu kimi sol dizimə zərbə dəydi. Mən ümumiyyətlə mübarizədən qaçan biri deyiləm. Həkimlər ilkin müdaxiləni etsələr də, oyuna davam edə bilmədim. Halbuki, bunu çox istəyirdim. Mənim yerimə oyuna daxil olan Emin yaxşı futbolla yadda qaldı. Zədəm isə şükür ki, ciddi olmadı. Zərbə deyən yer şişmişdi. Artıq şiş çəkilib. Dünən axşamkı çalışmada yüngül hərəkətlərə başladım. Hər halda sabah tam gücümlə məşqə edə bilərəm. Baş məşqçimiz şans verəcəyi təqdirdə "Xəzər-Lənkəran"la oyuna çıxa biləcəm. Lənkəranlılarla oyun həm çətin, həm də maraqlı olacaq. Düzdü, çoxları deyir ki, Yunis Hüseynovun yetirmələri bu mövsüm özünə bənzəmir. Amma hiss olunur ki, nəsə etməyə edirlər. "Qəbələ"ylə  oyunlarını izlədim. Pis təsir bağışlamadılar. Bizim də zədəlilər var. Amma biz də oyuna 3 xal üçün çıxacağıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail