Səkkizi də "tək"

24.10.2012 | 3255 dəfə oxunub

UEFA Çempionlar Liqası həyəcanı bu axşam da davam edəcək, bu o deməkdir ki, www.etopaz.azmüştərilərini futbol həyəcanı ilə dolu daha bir gecə gözləyir. Bugünkü proqramda 26 matça yer verilib. Onlardan 8-i "tək oyunlar"dır və hamısı Çempionlar Liqası matçlarıdır. Sankt-Peterburqda keçiriləcək "Zenit" - "Anderlext" qarşılaşması digər oyunlardan tez başlayacaq.  

Saat 21-də start götürəcək bu dueldə "Zenit" favorut sayılır (qələbə əmsalı 1.35). İlk 2 oyunda uduzan piterlilər qalib gəlməyə borcludur. Amma nəzərə almaq lazımdır ki, "Anderlext"in də qrupda vəziyyəti yaxşı deyil. 2 oyundan cəmi 1 xal toplayan Belçika təmsilçisi bu gün uduzarsa, pley-offa çixmaq şansını çətinləşdirəcək. www.etopaz.az "Anderlext"in qələbəsi üçün 4,00, heç-heçə üçün isə 6.00 əmsal müəyyənləşdirib.  Liqanın digər oyunları ənənəvi vaxtda - saat 23:45-də başlayacaq. Bu görüşlərdən B, C və D qruplarında liderlər arasında baş tutacaq duelləri xüsusi fərqləndirmək olar. B qrupunda Londonda "Arsenal" - "Şalke"ni qəbul edəcək. 2 oyundan maksimum xal toplayan "Arsenal"ın qələbə əmsalı 1.90-a bərabərdir. Hesabında 4 xalı olan "Şalke"nin səfər qələbəsi isə proqnozsevərlərə 3.50 dəfə artıq qazandıracaq. Heç-heçə 2.95 əmsalla işarələnib. C qrupunda da eyni vəziyyətdir. 6 xalla qrup lideri olan "Malaqa" bu axşam 4 xalla 2-ci pillədə qərarlaşan "Milan"ı qəbul edəcək. "Malaqa"nın qələbə əmsalı 1.90, "Milan"nın isə 3.10-dur. Heç-heçə 3.30 əmsalla işarələnib. Bu iki qrupdan fərqli olaraq D qrupunda 2-ci yerin hazırki sahibi lideri qəbul edəcək. Söhbət Almaniyada baş tutacaq "Borrusiya Dortmund" - "Real Madrid" görüşündən gedir. Bu oyunda isə qonaqlar favoritdir. "Real" qələbəsi 1.90, Dortmund təmsilçisinin zəfəri isə 3.10 əmsala bərabərdir. Hər iki komanda hücuma meylli futbol sərgilədiyindən matçın üst bitmə ehtimalı da böyükdür. "Ayaks" - "Mançester Siti" matçında isə uduzan tərəf qrupdan çıxmaq şansını çətinə salacağından bu görüşün də maraqlı mübarizə şəraitində keçəcəyi gözlənilir. Bir sözlə, www.etopaz.az müştəriləri bu axşam da Liqanın matçlarını  futbol zövq alaraq izləyəcək. Vaxtında verilən düzgün qərar isə sizə həm də pul qazandıracaq. Azı 20 manatlıq kupon təqdim edənlər üçün isə kampaniyamız davam edir. Şərtimiz belədir ki, azı 20 manatlıq kuponu "yanan" müştəriyə həmin məbləğin 10 faizi bonus şəklində geri ödəniləcək. Daha az  risklə daha çox qazanmaq imkanı - çalışın dəyərləndirin!!!



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail