"Qarabağ" və "Bakı" UEFA reytinqində "Neftçi"ni qabaqladı

26.10.2012 | 3753 dəfə oxunub

UEFA klubların növbəti reytinq siyahısını açıqlayıb. Stadium.az xəbər verir ki, "köhnə qitə"nin ən güclü 450 klubu arasında 7 Azərbaycan təmsilçisi var. Klublarımız arasında ən yaxşı göstərici "Qarabağ"a məxsusdur. Ağdam klubu sıralamada 222-ci yeri tutur. "Bakı" UEFA-nın reytinqində 269-cu, "Neftçi" 285-ci, "İnter" 296-cı, "Xəzər Lənkəran" 326-cı, AZAL 376-cı, "Simurq" isə 377-ci yeri tutur.

Siyahıya əvvəlki kimi "Barselona" başçılıq edir. "Mançestr Yunayted" ikinci, "Bavariya" üçüncüdür. "İlk 10-luq"da həmçinin "Real", "Çelsi", "Arsenal", "Portu", "İnter", "Atletiko" və "Valensiya" yer alıb.

"İnter"dən başqa Avroliqanın qrup mərhələsində "Neftçi"nin rəqibləri olan "Rubin" 46-cı, "Partizan" isə 112-ci yeri tutur.

Türkiyə klublarından "Qalatasaray" 57-ci, "Beşiktaş" 60-cı, "Fənərbaxça" 69-cu, "Trabzonspor" 86-cı, "Bursaspor" 121-ci, "Sivasspor" 185-ci, "Eskişehirspor" 192-ci, "Qaziantepspor" 193-cü, "Kayserispor" isə 194-cüdür.

Qeyd edək ki, UEFA bu reytinqi tərtib edərkən klubların avrokuboklardakı son 5 ildəki çıxışını əsas götürür. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail