“İnter”dən rekord seriyalar

29.10.2012 | 3786 dəfə oxunub

Bakının “İnter” klubu Topaz Premyer Liqasının 2012/13-cü il mövsümünün rekordçusu olub. Stadium.az PFL-in rəsmi internet saytına istinadən xəbər verir ki,  X turun “Bakı” ilə keçirilən qarşılaşmasında (0:0) qol buraxmayan “bankirlər” ardıcıl 5-ci qarşılaşmada qapısını toxunulmaz saxlayıb. Kaxaber Sxadadzenin yetirmələri sonuncu dəfə avqustun 25-də “Turan”la matçda qol buraxıb. Həmin görüşün 84-cü dəqiqəsində Georgi Lomayanı məyus edən Azər Məmmədov hələlik “İnter”in qapısına qol vuran sonuncu futbolçudur.

Mövsümün rekordu

Ardıcıl 5-ci quru oyununu keçirən “İnter” cari mövsümün “Simurq”a məxsus rekordunu arxada qoyub. Belə ki, zaqatalalılar ardıcıl 4 matçda qol buraxmamışdı. Onlar 2-5-ci turlarda qapısını toxunulmaz saxlamışdı.

Pietrzkieviç hələ də zirvədə

Lakin “Simurq” klubunun qapıçısı David Pietrzkieviçə məxsus mövsümün fərqli rekordu hələ də qırılmayıb. Belə ki, 380 dəqiqə boyu komandasının qapısını toxunulmaz saxlayan polşalı legionerdən fərqli “İnter”in seriyasını 1 deyil, 2 qapıçı davam etdirib. Quru oyunlardan 3-də Georgi Lomaya, 2-də Revaz Tevdoradze qapıda durub. Bu isə o deməkdir ki, son qolu buraxan Lomayanın seriyası 366 dəqiqəyə çatıb. Revaz isə hələ də ölkəmizdə qol buraxmayıb. Georginin Davidin rekordunu qırması üçün cəmi 15 dəqiqə lazımdır.

Tarixdə 3-cü dəfə

“İnter”in ardıcıl 5 oyun qapısından qol buraxmaması təkcə mövsümün deyil, həm də klubun öz rekordudur. Belə ki, nə 2004-cü ilə kimi “Xəzər Universiteti”, nə də həmin vaxtdan “İnter” olan komanda bundan artığını bacarmayıb. Bakılılar 2004/05 və 2007/08 mövsümlərindəki ən uzun quru seriyalarında da indiki kimi 5 matç qapısını toxunulmaz saxlayıb. 5 ildən sonra rekordunu növbəti dəfə təkrarlayan “İnter” artıq növbəti turda klub tarixinin yeni nailiyyətinə imza ata bilər.

Maraqlıdır ki, indi olduğu kimi əvvəlki 5 matçlıq seriyalar da 1 deyil, bir neçə qapıçının əməyi sayəsində mümkün olmuşdu. 2004/05 mövsümündə 19-23-cü turlarda Vitali Varivonçik və Konstantin Qusev 484, 2007/08 mövsümündə 8-12-ci oyunlarında Svilen Semyonov, Elxan Həsənov və Cahangir Həsənzadə ümumilikdə 495 dəqiqə “İnter”in qapısını “kilidləmişdi”. İndi isə bu seriya 456 dəqiqəyə bərabərdir. Dəqiqə baxımında ən uzun seriyanın müəyyənləşməsinə isə 40 dəqiqə də kifayətdir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail