"İnter" - "Kəpəz". 9-cu duel

29.10.2012 | 3824 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 11-ci turunun qarşıdan gələn "İnter" - "Kəpəz" görüşü hər iki komanda üçün sayca 9-cu olacaq. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, bunadək komandalar bir-birilə 8 dəfə qarşılaşıb, bütün oyunlar çempionat çərçivəsində keçirilib. “İnter” rəqibini 5 dəfə məğlub edə bilib, "Kəpəz" isə ancaq 1 qələbəyə malikdir. 8 oyunun 2-si heç-heçə ilə başa çatmışdı.  Vurulan topların fərqi "İnter"in xeyrinədir-12:3.
 
                   Komanda    O     Q      H    MToplar
                      “İnter”    8      5      2     1  12-3
                      “Kəpəz”    8      1      2     5  3-12
 

Komandalar ilk dəfə 2004-cü ilin noyabrın 24-də  çempionat çərçivəsində üz-üzə gəlib. Gəncədə baş tumuş həmin  görüş 0:1  hesabıyla "İnter"in xeyrinə başa çatıb. “İnter” və "Kəpəz" qarşıdurmasında ilk qolun müəllifi komandamızın belarusiyalı  futbolçusu Vladimir Makovskiy olub.

 Xatırlardaq ki, ötən mövsümdə komandalar 2 dəfə qarşılaşıb və bir oyunda komandamız qələbə qazanıb (0:1), digər görüş isə qolsuz heç-heçə ilə başa çatıb.  "İnter”-"Kəpəz" oyunlarında ən populyar hesab 1:0-dır. Belə nəticə 8 görüşün 4-də qeydə alınıb. "İnter"-"Kəpəz" qarşılaşmaların tarixində ən böyükhesablı nəticə 5:0-dır. 2006-cı ildə "İnter" "Kəpəz"i məhz bu hesabla udmuşdu. Qeyd edək ki, həmin görüşdə komandamızın hücumçusu Xaqani Məmmədov 4 qolun müəllifi olub.
 
 Bunadək komandaların keçirdiyi oyunların cədvəlini sizin diqqətinizə çatdırırıq:
 
    Mövsüm          Oyun  Hesab                Qollar müəllifləri
2004/05
 “Kəpəz”-“İnter”    0:1        10' V.Makovskiy
2004/05
“İnter”-“Kəpəz”    2:0  14' V.Makovskiy, 75' E.Məmmədov
2005/06
 “Kəpəz”-“İnter”    2:2
36' İ.Beraya, 66' S.Sokolov-59' V.Levin, 61' S.Çernyak
2005/06
“İnter”-“Kəpəz”    5:0
3' M.Zaqorats, 36' 45' 58' 60(p) ‘ X.Məmmədov
2010/11
 “Kəpəz”-“İnter”    1:0                21' S.Zərgərov
2010/11
“İnter”-“Kəpəz”    1:0                   87'  R.Poşkus
2011/12
“İnter”-“Kəpəz”    0:0                              ---
2011/12
 “Kəpəz”-“İnter”    0:1                   89'N.Hacıyev
 
Azərbaycan çempionatında "Kəpəz"ə qarşı keçirilən ev oyunlarında “İnter” üstünlüyə malikdir. Belə ki, 4  qarşılaşmanın 3-də  ev sahibləri  qələbəyə seviniblər. 1 matç  isə bərabərliklə başa çatıb. Bu qarşılaşmalarda top fərqi "İnter"in xeyrinədir-8:0.
 
Qeyd edək ki, "İnter"-"Kəpəz" matçı oktyabrın 30-da "Şəfa" stadionunda keçiriləcək. Oyun saat 18.00-da başlayacaq. 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail