Lionel Messi: "Meydana çıxarkən yalnız peçenye haqda düşünürdüm" MÜSAHİBƏ

30.10.2012 | 3677 dəfə oxunub

Dünən karyerası ərzində ikinci dəfə "Qızıl buts"a sahib çıxan Lionel Messi mərasimdən sonra jurnalistlərin suallarını cavablandırıb. Stadium.az argentinalı futbolçunun müsahibəsini ixtisarlarla təqdim edir:

- 3 "Qızıl top", 2 "Qızıl buts". Bundan sonra qarşınızda hansı məqsədlər var?

- Fərdi mükafatlar mənim üçün o qədər də önəmli deyil. Əsas olan komandamın qələbələridir. Əgər "Barselona"dakı inamlı çıxışım fərdi mükafatlar qazanmağıma yardım edirsə, mən buna yalnız sevinərəm. Bundan sonra qolları sıralamağım üçün mənə əlavə stimul lazım deyil.  

- Hər zaman belə olmusunuz?

- Fikirləşmək lazımdır...Bilirsiniz, mən uşaq vaxtı şirniyyat üçün qol vururdum. Klubun əməkdaşlarından biri mənə deyirdi: "vurduğun hər qola görə peçenye alacaqsan". Mən də meydana çıxarkən yalnız peçenye haqda düşünürdüm. 

- O fikirlər razısız ki, "Qızıl buts" mükafatı "Qızıl top"dan daha ədalətli şəkildə seçilir?

- Əlbəttə, razıyam. Çünki burada qalibi heç kim seçmir. Kim çox qol vursa, o da mükafatı qazanır. O ki qaldı "Qızıl top"un ədalətli şəkildə seçilməsinə, buna münasibət bildirmək istəmirəm.

- Hansı məqamı həyatınızdakı ən gözəl an hesab edirsiniz?

- Bilmirəm. Amma mən hər zaman Allaha ayır-ayrılıqdakı günlərimə görə deyil, ümumiyyətlə, həyatıma görə minnətdaram. Taleyimdən şikayətlənmək üçün heç bir əsasım yoxdur. Ola bilər ki, həyatdakı ən gözəl anım hələ qarşıdadır. Ümumiyyətlə, indi həyatımı analiz etmək vaxtı deyil.

- Bundan sonra hansı mükafat üçün oynayacaqsınız?

- Bundan sonrakı məqsədim sadədir: hər turnirdə qələbə qazanmaq istəyirəm. Bayaq da dediyim kimi, qarşımda heç bir şəxsi tapşırıq yoxdur, məqsədim yalnız komanda şəkilində uğur qazanmaqdır.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail