Vaqif Sadıqov: "Qol buraxdıqdan sonra ruhdan düşmədik"

30.10.2012 | 3279 dəfə oxunub

“İlk öncə komandamı təbrik edirəm. Oyunun  çətin keçəcəyini bilirdik. Həmişə sürətli oyuna üstünlük vermişik, rəqib komandaya pressinq tətbiq edirik". Stadium.az xəbər verir ki, bu sözləri Topaz Premyer Liqasının XI turunda öz meydanında "Bakı"ya 2:1 hesabı ilə qalib gələn AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib.

Təcrübəli mütəxəssis oyunun gedişində uduzmalarına baxmayaraq, ruhdan düşmədiklərini bildirib: "İlk hissədə bu oyun üslübu bizdə alındı. Qapımızdan qol buraxdıqdan sonra ruhdan düşmədik. Hesabda irəli olduqdan sonra isə komanda müdafiəyə çox çəkildi. “Bakı” bundan istifadə edib bir neçə qol imkanı yaratdı. Bundan öncə “Simurq”la səfər oyunda çox güc sərf etmişdik. “Bakı” öz oyun üslübuna görə seçilir. Bugünkü oyunda hücum xəttində üç futbolçunun olması bizi təəccübləndirdi. Əzmkar qələbə qazandığımız üçün şadam, vacib üç xal əldə etdik. Yeni komanda formalaşdırırıq, qarşımızda duran ilk vəzifə “altılığa” düşməkdir. İnanıram ki, “Bakı” bu oyunu ilə tezliklə nəticə qazanacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail