"Qarabağ" - "Qəbələ": 19-cu duelə doğru

31.10.2012 | 3216 dəfə oxunub

Topaz Premyer Liqasının XI turunda “Qəbələ” “Qarabağ”la qarşılaşacaq. Ağdam təmsilçisi ilə görüşlə komanda I dövrəni başa vuracaq. Stadium.az Qəbələ klubunun rəsmi internet saytına istinadən xəbər verir ki, dövrədəki son rəqiblə indiyədək 18 dəfə üz-üzə gələn “Qəbələ” ümumi balansda az da olsa geridədir.

Belə ki, 19-cu duelədək ağdamlılar 6, qəbələlilər 4 dəfə qalib gəib. Daha çox - 8 oyun isə qalibin müəyyənləşməməsi ilə başa çatıb. 18 oyundan 16-sı çempionata, 2-si isə kuboka təsadüf edib. Ötən mövsüm baş tutan kubok oyunları da bərabərliklə bitib və yalnız səfər qolu “Qarabağ”ı növbəti mərhələyə daşıyıb.

Cüzi üstünlüyün “Qarabağ”ın tərəfində olmasına baxmayaraq son 13 qarşılaşmada yalnız 1 dəfə ağdamlılar sevinib. Belə ki, ardıcıl 5 dəfə rəqibini udduqdan sonra Qarabağ“ çətinliklə üzləşib. Ümumi top fərqində də onların üstünlüyü o qədər böyük deyil - 21:17. Lakin son 2 matçda ağdamlılar qola da həsrətdir.

“Qarabağ”la matçlarda 91 futbolçu “Qəbələ”nin formasını geyib. Pavel Doroşev 12, Lyubo Baranin isə 11 dəfə bu matçların iştirakçısı olub. Onların hər ikisi bu oyunları əvəzolunmadan keçiriblər. “Qəbələ”nin bu matçlarda vurduğu 17 qola 13 oyunçu imza atıb. İndi də komandası üçün çalışan Viktor Mendi 3 dəfə ağdamlıları məyus edib. İqor Melniklə Kənan Kərimovun hesabında 2 top var.

Bu matçlarda 6 qapıçıya güvənən “Qəbələ”də yalnız 1 oyun keçirən Qrem Smit qol buraxmayıb. Pavel Doroşev 12 oyunda 10, Zurab Mamaladze 2 matçda 4 dəfə topu qapısında görüb. 1 oyun keçirənlərdən Xəyal Zeynalovla Cahangir Həsənzadə hərəyə 2, Nadir Şükürov 3 dəfə məyus olub.

Bi matçlarda “Qəbələ”nin heyətində yeganə qırmızını hesabında 4 vərəqə olan Tomaş Stolpa alıb. Pavel Doroşevlə Ürfan Abbasovun isə daha çox 3 sarı vərəqəsi var. Ümumilikdə isə “Qəbələ” 1-i qırmızı olmaqla 50 vərəqə alıb.

18 qarşılaşmada hakimlər 3 dəfə penalti təyin edib. Hər 3 halda son nəticədə “Qəbələ” sevinib. Tomaş Stolpa ilə Kənan Kərimov “Qarabağ”ı məyus edibsə, Pavel Doroşev rəqib futbolçu ilə dueldən qol buraxmadan ayrılmaqla azarkeşlərini sevindirib.

“Qəbələ” – “Qarabağ”: Bütün oyunlar

2006/07

20.08.2006

Premyer Liqa

Gilan (Qəbələ) - Qarabağ (Ağdam)

0:2

2006/07

22.02.2007

Premyer Liqa

Qarabağ (Ağdam) - Gilan (Qəbələ)

3:2

2007/08

06.10.2007

Premyer Liqa

Qəbələ - Qarabağ (Ağdam)

1:2

2007/08

13.04.2008

Premyer Liqa

Qarabağ (Ağdam) - Qəbələ

2:1

2008/09

20.09.2008

Premyer Liqa

Qəbələ - Qarabağ (Ağdam)

1:2

2008/09

15.03.2009

Premyer Liqa

Qarabağ (Ağdam) - Qəbələ

0:0

2009/10

23.09.2009

Premyer Liqa

Qarabağ (Ağdam) - Qəbələ

0:0

2009/10

06.12.2009

Premyer Liqa

Qəbələ - Qarabağ (Ağdam)

1:1

2009/10

21.03.2010

Premyer Liqa

Qəbələ - Qarabağ (Ağdam)

3:1

2009/10

24.04.2010

Premyer Liqa

Qarabağ (Ağdam) - Qəbələ

1:1

2010/11

25.09.2010

Premyer Liqa

Qəbələ - Qarabağ (Ağdam)

2:1

2010/11

13.02.2011

Premyer Liqa

Qarabağ (Ağdam) - Qəbələ

3:0

2011/12

27.08.2011

Premyer Liqa

Qarabağ (Ağdam) - Qəbələ

0:1

2011/12

21.12.2011

Premyer Liqa

Qəbələ - Qarabağ (Ağdam)

0:0

2011/12

14.03.2012

Azərbaycan kuboku, 1/4final, ilk

Qəbələ - Qarabağ (Ağdam)

2:2

2011/12

18.03.2012

Premyer Liqa

Qarabağ (Ağdam) - Qəbələ

1:1

2011/12

28.03.2012

Azərbaycan kuboku, 1/4final, ilk

Qarabağ (Ağdam) - Qəbələ

0:0

201112

14.04.2012

Premyer Liqa

Qəbələ - Qarabağ (Ağdam)

 

1:0




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail