İki seriya qırıldı, ikisinə davam

31.10.2012 | 3348 dəfə oxunub

Topaz Premyer Liqasının XI turunun ilk oyun günü 4 seriya ilə əlamətdar olub. Stadium.az PFL-in rəsmi internet saytına istinadən xəbər verir ki, baş tutan 2 qarşılaşmada 2 seriya qırılıbsa, ikisi davam edib.

Mövsümün rekordu

Bu seriyalardan ikisi “İnter”in adı ilə bağlıdır. Bakılıların həm mövsümün, həm də klub tarixinin rekordu olan 5 oyunluq quru seriyası “Kəpəz”lə matçda qırıldı. Sonuncu dəfə avqustun 25-də “Turan”la matçda qol buraxan “İnter” 66 gündən sonra qapısında qol gördü. Qarşılaşmanın 5-ci dəqiqəsində paytaxt təmsilçisinin qapısına yol tapan Elxan Əzizov 561 dəqiqədən sonra “İnter”ə üzüntü yaşatdı.

Rekordun təkrarı

“Simurq”un 4 oyunluq quru seriyasını ötən tur qıran “İnter” Zaqatala təmsilçisinin daha bir rekorduna şərik olub. Sonuncu dəfə avqustun 10-da səfərdə “Qəbələ”yə uduzan bakılılar 8 qarşılaşmadır ki, yenilmir. Bununla da paytaxt təmsilçisi “Simurq”un ilk 8 turdakı mövsüm rekordunu təkrarlayıb. 81 gündür uduzmayan “İnter” bu 8 görüşdə 6 qələbə qazanıb və 2 heç-heçə edib. “Simurq”un 8 oyunluq məğlubiyyətsizlik seriyası isə 5 qələbə və 3 heç-heçə ilə əlamətdar olmuşdu.

45 gündən sonra

“Bakı” və AZAL arasında paytaxt derbisi 5 oyundur qələbə qazana bilməyənlərin dueli olub. Sentyabrın 16-da “Qarabağ”ı 6:2 hesabı ilə məğlub etdikdən sonra uğursuzluq zolağına düşən AZAL 45 gündən sonra qalib gəlib. AZAL bunadək son 5 qarşılaşmada 3 heç-heçə edib 2 məğlubiyyətə üzülmüşdü.

Antirekordun təkrarı

“Bakı” isə mövsümün antirekorduna şərik olub. Paytaxtın eyniadlı təmsilçisi “Qəbələ” kimi ardıcıl 6 oyunda qələbə qazanmayıb. Avqustun 26-da “Kəpəz”i 3:1 hesabı ilə məğlub edən bakılılar 65 gündür qələbə qazanmır. Bu müddətdə “Bakı” 4 heç-heçə edib və 2 dəfə uduzub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail