"Xəzər Lənkəran" Yunis Hüseynovla yollarını ayırdı

01.11.2012 | 3985 dəfə oxunub

"Xəzər Lənkəran" Yunis Hüseynovu istefaya göndərib. Stadium.az xəbər verir ki, klubun rəsmi internet saytında yer alan bəyanatda deyilir: 

"Topaz Premyer Liqasının XI turu çərçivəsində baş tutan "Sumqayıt" - "Xəzər Lənkəran" oyunundan sonra Klubumuzun rəhbərliyi və baş məşqçi Yunis Hüseynovun iştirakı ilə iclas keçirilib. Toplantıda cari mövsüm çempionatının ilk dövrəsinin yekunlarına dair fikir mübadiləsi aparılıb, nəticələr müzakirə olunub. İclasın yekununda "Xəzər Lənkəran" Futbol Klubu və Yunis Hüseynov qarşılıqlı surətdə yollarını ayırmaq qərarına gəliblər. Klub rəhbərliyi Yunis müəllimə məhsuldar əməkdaşlığa görə minnətdarlığını bildirərək mütəxəssisə gələcək karyerasında uğurlar arzuladı. 
 
Həmçinin Klub rəhbərliyi tərəfindən qərara alınıb ki, yeni baş məşqçi təyin olunmayınca futbolçularımızın hazırlığı müvəqqəti əsasda tam olaraq baş məşqçinin köməkçiləri - intizam üzrə məşqçi Emin Quliyev və fiziki hazırlıq üzrə məşqçi Erik Roketa Kapillaya həvalə edilsin".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail