Rəşad Sadıqov fərdi, Əfran İsmayılov kollektivlə məşqlərə başladı

01.11.2012 | 4324 dəfə oxunub

"Qarabağ" AZAL-la oyunun hazırlıqlarına başlayıb. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, bazar günü Premyer Liqanın XII turunda "təyyarəçilər"i qəbul edəcək Ağdam təmsilçisi bu gün 12:00-da Suraxanı qəsəbə stadionunda məşq keçib. Ötən oyunda heyətlə bağlı ciddi problemlər yaşayan "Qarabağ" AZAL-la oyun üçün heyətini genişləndirib. Belə ki, uzun müddətdir  komandadan ayrı düşən Əfran İsmayılov kollektivlə məşqlərə başlayıb. Rəşad Sadıqov isə xüsusi nəzarət altında fərdi məşqlər yerinə yetirir. Cəzasını başa vuran Maksim Medvedev sıraya geri dönüb. Türkiyədə əməliyyat olunan Ansi Aqolli isə artıq Bakıdadır. Alban müdafiəçi AZAL-la oyuna yetişməsə də, növbəti turda meydana çıxma ehtimalı yüksəkdir.

Qeyd edək ki, "Qarabağ" - AZAL noyabrın 4-də saat 15:00-da Tofiq Bəhramov adına mərkəzi arenada keçiriləcək.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail