"Xəzər Lənkəran": ənənəni qırmaq üçün

02.11.2012 | 3685 dəfə oxunub

“Xəzər Lənkəran” Topaz Premyer Liqasının II dövrəsinə “Rəvan”la qarşılaşma ilə başlayacaq. Stadium.az Lənkəran klubunun rəsmi internet saytına istinadən xəbər verir ki, XII turda baş tutacaq qarşılaşma rəqiblər arasında 4-cü duel olacaq. Əvvəlki matçlarda indiyədək qalib gələn olmayıb. Maraqlıdır ki, hər 3 matç eyni – 1:1 hesabı ilə başa çatıb. "Xəzər Lənkəran" bu dəfə ənənəni qırmağa çalışacaq.
 
Bütün oyunların Premyer Liqada keçirildiyi duellərdən 2-si ötən mövsüm, digəri isə cari mövsümün startına təsadüf edib. Bu qarşılaşmalarda 25 futbolçu “Xəzər Lənkəran”ın şərəfini qoruyub. Onlardan yalnız 5-i hər 3 qarşılaşmanın iştirakçısı olub. Adrian Pit, Eder Bonfim, Branimir Subaşiç, Rahid Əmirquliyev “Rəvan”a qarşı əvəzolunmadan oynayıblarsa, Elnur Abdullayev meydana çıxdığı 3 qarşılaşmada heç də həmişə heyətdə olmayıb. Bu görüşlərdə komandanın qollarını Branimir Subaşiç, Rahid Əmirquliyev, Katalin Doman vurublar. Elə rəqib də hər matçda 1 qapıçını məyus edib: Kamal Bayramov, Kamran Ağayev, Orxan Sadıqlı hərəsi 1 oyunda 1 qola üzülüb. Bu matmlarda hakimlər "Xəzər Lənkəran"lı futbolçulara 7 sarı vərəqə göstərib. 7 oyunçunun hərəsi 1 dəfə “fərqlənib”.
 
2011/1227.08.2011çempionats1:1
2011/1219.11.2011çempionate1:1
2012/1305.08.2012çempionats1:1




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail