"Neftçi" "Feyenord", "Fiorentina", "Sevilya" və "Hamburq"u qabaqladı

02.11.2012 | 5570 dəfə oxunub

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (İFFHS) dünya klublarının növbəti aylıq reytinqini açıqlayıb. Stadium.az xəbər verir ki, dünyanın ən güclü 426 klubu arasında 2 Azərbaycan təmsilçisi yer alıb. Avroliqadakı təmsilçimiz "Neftçi" ötən ayla müqayisədə 2 pillə irəliləyərək, 257-ci yerə yüksəlib. Hazırda çempionumuzun aktivində 78,5 reytinq balı var. "Neftçi" sıralamada "Feyenord", "Sanderlend", "Xetafe", "Lokomotiv" (Moskva), "Betis", "Fiorentina", "Vest Bromviç, "Balonya", "Kruzeyro" , "Sevilya", "Levski", "Hamburq" kimi tanınmış klubları qabaqlayıb.

Dünya reytinqindəki digər təmsilçimiz isə "İnter"dir. "Bankirlər" son 1 ayda 13 pillə irəliləyərək, 417-ci yerə yüksəlib. "İnter"in aktivində 60 reytinq xalı var.

Sıralamaya əvvəlki kimi "Barselona" başçılıq edir. "Atletiko" ikinci pilləyə yüksəldiyi halda, "Universidad de Çili" üçüncü yerə enib. İlk "10-luq"da həmçinin "Boka Xuniors", "Real", "Çelsi", "Bavariya", "Korintians", "Atletik""Tvente" yer alır.

Avroliqanın qrup mərhələsində "Neftçi"nin rəqibləri olan "İnter" 18-ci, "Rubin" 86-cı, "Partizan" isə 127-ci pillədədir.

Türkiyə klublarından "Fənərbaxça" 45-ci, "Bursaspor" 120-ci, "Beşiktaş" 130-cu, "Eskişehirspor" 141-ci, "Qalatasaray" 154-cü, "Trabzonspor" 162-ci, "Sivasspor" 332-ci, "Karabükspor" isə 375-cidir. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail